Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi yaranıb - KİV

© The State Customs Committee of ARGömrük postunda saxlanılan yük avtomobili, arxiv şəkli
Gömrük postunda saxlanılan yük avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Abunə olmaq
Sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları Rusiya tərəfi ilə danşıqlar aparır.
BAKI, 24 oktyabr - Sputnik. Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda yük avtomobillərinin uzun növbəsi yaranıb. APAnın verdiyi məlumata görə, gömrük keçid məntəqəsində 2000-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün gözləyir.
“Samur” gömrük postundan APA-ya verilən məlumata görə, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.
Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır.
Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır.
Xəbər lenti
0