Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti: "Sülh müqaviləsi imzalanmasının vaxtı gəlib çatıb"

Azərbaycan Prezidenti - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatla çıxış edib.
BAKI, 24 oktyabr — Sputnik. Baş nazir İrakli Qaribaşvili ilə danışıqlarımızın mərkəzində bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi idi.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib.
İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişi ilə bağlı Gürcüstanın Baş nazirini məlumatlandırdığını qeyd edən dövlətimizin başçısı deyib: "Biz hesab edirik ki, Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasının vaxtı gəlib çatıb. Hər halda bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır".
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib.
Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış edirlər.
***
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib.
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Xəbər lenti
0