Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan ordusunun hərbi qulluqçusu intihar edib

© Sputnik / Murad OrujovAzərbaycan hərbçisi, arxiv şəkli
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Abunə olmaq
Əsgərin Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
BAKI, 24 oktyabr — Sputnik. Cəlilabadda əsgərin intiharı faktı araşdırılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. İntiharın səbəbi hələlik müəyyən deyil.
Qeyd olunub ki, 2003-cü il təvəllüdlü əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cabbarov Mirsaleh Təhməz oğlunun 15 oktyabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olmuşdu.
Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Xəbər lenti
0