SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan BMT-nin fəal və etibarlı tərəfdarı olub - XİN

© AP Photo / Ronald ZakBMT-nin binası, arxiv şəkli
BMT-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Abunə olmaq
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan fəal və etibarlı üzv kimi BMT mexanizmlərinin qətiyyətli tərəfdarı olub.
BAKI, 24 oktyabr — Sputnik. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan BMT-nin fəal və etibarlı tərəfdarı olub. Bu barədə Azərbaycan XİN-in BMT Günü ilə bağlı "Twitter"dəki paylaşımında bildirib.
"Bu gün biz BMT Gününü qeyd edirik!
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan fəal və etibarlı üzv kimi BMT mexanizmlərinin qətiyyətli tərəfdarı olub, beynəlxalq sülhün və təhlükəsizliyin, eləcə də dayanıqlı inkişafın qorunması üçün bütün səyləri göstərib", - paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olub.
Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilib və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.
Xəbər lenti
0