DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya hökuməti vətəndaşlara nümunə olmaq üçün "donmaq" qərarına gəlib

© Sputnik / Стрингерsoyuq
soyuq - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Abunə olmaq
"Der Spiegel": Almaniya hökuməti vətəndaşları üçün "nümunəvi donmaq" qərarına gəlib
BAKI, 24 oktyabr — Sputnik. Enerji resurslarının yüksək qiyməti və elektrik enerjisinə qənaət tələbləri fonunda Almaniya hökuməti "nümunəvi olaraq xalq uğrunda donmaq" qərarına gəlib. Bu barədə "Der Spiegel"in məqaləsində qeyd olunub.
Nəşrdə bildirilir ki, ölkə nazirlikləri qarşılarına yeni məqsəd qoyublar – almanlara nümunə üçün "xalq uğrunda donmaq" və ya "nümunəvi şəkildə dondurmaq". Belə ki, Federal enerji və su təsərrüfatı Assosiasiyasının Prezidenti Mari-Luiza Volf Almaniya İqtisadiyyat Nazirliyində keçirilən müşavirədən danışarkən deyib ki, "səhər saat altı radələrində bizim əksəriyyətimiz palto və şərflərdə oturmuşduq, çox soyuq idik".
Almaniya Prezidentinin dəftərxanasında otaqlarda temperatur 17 dərəcə təşkil edir, lakin əməkdaşlara "boz–siçan rəngli" flis örtüklərini sifariş etməyə icazə verdikləri üçün "onlar ehtiyatlı davranırlar". Məqalədə qeyd edilir ki, indi "daha sərin günlərdə" dəftərxanada "sıx bürünərək" otururlar". "Qışda bu mənzərə, yəqin ki, adi hala çevriləcək", - deyə nəşrin müəllifləri əlavə ediblər.
Xatırladaq ki, daha əvvəl Macarıstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi haqqında danışmağı dayandırmalı olduğunu bildirərək, belə məhdudiyyətlərin Avropada enerji böhranını daha da gücləndirəcəyini qeyd etmişdi.
Xəbər lenti
0