DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ məktəblərindən birində atışma olub - ölən və yaralananlar var

© Depositphotos.com / IvankmitTapançadan atəş, arxiv şəkli
Tapançadan atəş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Abunə olmaq
Hadisəni törədən gənc atışma nəticəsində polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
BAKI, 24 oktyabr - Sputnik. ABŞ-ın Sent-Luis ştatında məktəbdə baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə RİA Novosti regional KMOV telekanalına istinadən xəbər verir.
Hadisənin təsviri və ifaçılıq sənətinin dərindən öyrənildiyi orta məktəbdə baş verdiyi bildirilir.
Daha əvvəl iki məktəbli də daxil olmaqla altı nəfərin yaralandığı barədə məlumat verilmişdi.
Polisin məlumatına görə, atışma yerli vaxtla səhər saat 09.10 radələrində başlayıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblilərin binadan qaçdığını görüblər.
© Sputnik / Dmitry Parshin / Mediabanka keçidFTB və polis əməkdaşları, arxiv şəkli
FTB və polis əməkdaşları Vaşinqtondakı Kapitol Binasının qarşısında - Sputnik Azərbaycan, 1920, 24.10.2022
FTB və polis əməkdaşları, arxiv şəkli
Təqribən 20 yaşlarında olan gənc catıcı uzun lüləli silahla silahlanıb.
O, polisə atəş açıb və nəticədə öldürülüb. Yeniyetmə qız və bir qadın da atışmanın qurbanı olub. Ümumilikdə hadisə nəticəsində 8 nəfər xəstəxanaya çatdırılıb.
Onlar təkcə güllə yaralarından deyil, həm də parçaların qəlpələrin səpələnməsindən də yaralanıblar. Xəstəxanaya yerləşdirilənlərdən biri infarkt keçirib. Federal Təhqiqat Bürosu hadisə ilə bağlı araşdırma aparır.
Xəbər lenti
0