https://sputnik.az/20221023/xerceng-xesteliyi-ile-mubarizede-daha-bir-ugur-elde-olundu-447771224.html
Xərçəng xəstəliyi ilə mübarizədə daha bir uğur əldə olundu
Xərçəng xəstəliyi ilə mübarizədə daha bir uğur əldə olundu
Sputnik Azərbaycan
Yeni kəşf xərçəng hüceyrələri ilə implantasiya edilmiş siçanlar üzərində aparılan təcrübələr zamanı subyektlərin 80 faizində şişləri tamamilə məhv edib. 23.10.2022, Sputnik Azərbaycan
2022-10-23T15:11+0400
2022-10-23T15:11+0400
2022-10-23T15:11+0400
xərçəng
səhiyyə
xəstəlik
gel
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_0:0:3640:2048_1920x0_80_0_0_4069e286d632fd90ed4a60611d03849f.jpg
BAKI, 23 oktyabr — Sputnik. Amerika və Hindistan alimləri çətin məhv edilən şişləri yox etmək üçün radioaktiv zülal əsaslı gel təqdim ediblər. Tədqiqatın nəticələri “Nature Biomedical Engineering”də dərc olunub.Qamma radiasiyaya əsaslanan və ya sürətlənmiş hissəciklərdən (protonlar, neytronlar və başqaları) istifadə edilən radioterapiyanın mövcud üsulları xərçəng xəstəliyi şişlərinə, lakin, eyni zamanda, sağlam hüceyrələrə mənfi təsir göstərir. Yeni kəşf qonşu toxumalara nüfuz etmədən neoplazmalara nöqtəli təsir göstərməyə imkan verəcək.Gel zülal-elastindən, həmçinin yod-131-dən ibarətdir. Birləşmənin qeyri-sabit nüvələri parçalanma zamanı beta radiasiya yayır, bu da qamma şüaları kimi dərinliyə nüfuz etmir.Bundan əlavə, elastin otaq temperaturunda maye olaraq qalır, lakin bədənə daxil edildikdən sonra qızdırıldıqda gelə bənzər bir toxuma alır.Yeni kəşf xərçəng hüceyrələri ilə implantasiya edilmiş siçanlar üzərində aparılan təcrübələr zamanı subyektlərin 80 faizində şişləri tamamilə məhv edib.AZƏRTAC
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_547:0:3278:2048_1920x0_80_0_0_f8aeab2ca331f4bfccb3934f9eb26a6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəng, xəstəlik, gel
Xərçəng xəstəliyi ilə mübarizədə daha bir uğur əldə olundu
Yeni kəşf xərçəng hüceyrələri ilə implantasiya edilmiş siçanlar üzərində aparılan təcrübələr zamanı subyektlərin 80 faizində şişləri tamamilə məhv edib.
BAKI, 23 oktyabr — Sputnik. Amerika və Hindistan alimləri çətin məhv edilən şişləri yox etmək üçün radioaktiv zülal əsaslı gel təqdim ediblər. Tədqiqatın nəticələri “Nature Biomedical Engineering”də dərc olunub.
Qamma radiasiyaya əsaslanan və ya sürətlənmiş hissəciklərdən (protonlar, neytronlar və başqaları) istifadə edilən radioterapiyanın mövcud üsulları xərçəng xəstəliyi şişlərinə, lakin, eyni zamanda, sağlam hüceyrələrə mənfi təsir göstərir. Yeni kəşf qonşu toxumalara nüfuz etmədən neoplazmalara nöqtəli təsir göstərməyə imkan verəcək.
Gel zülal-elastindən, həmçinin yod-131-dən ibarətdir. Birləşmənin qeyri-sabit nüvələri parçalanma zamanı beta radiasiya yayır, bu da qamma şüaları kimi dərinliyə nüfuz etmir.
Bundan əlavə, elastin otaq temperaturunda maye olaraq qalır, lakin bədənə daxil edildikdən sonra qızdırıldıqda gelə bənzər bir toxuma alır.
Yeni kəşf xərçəng hüceyrələri ilə implantasiya edilmiş siçanlar üzərində aparılan təcrübələr zamanı subyektlərin 80 faizində şişləri tamamilə məhv edib.