https://sputnik.az/20221023/ozbekistanda-herbi-anbarda-partlayis-neticesinde-37-minden-cox-bina-zedelenib-447770463.html
Özbəkistanda hərbi anbarda partlayış nəticəsində 3,7 mindən çox bina zədələnib
Özbəkistanda hərbi anbarda partlayış nəticəsində 3,7 mindən çox bina zədələnib
Sputnik Azərbaycan
Görülmüş tədbirlər nəticəsində qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub, bərpa işləri davam etdirilir. 23.10.2022, Sputnik Azərbaycan
2022-10-23T13:11+0400
2022-10-23T13:11+0400
2022-10-23T13:11+0400
dünya xəbərləri
özbəkistan
hərbi sursatın partlaması
anbar
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438301663_0:232:2817:1816_1920x0_80_0_0_76f1add4d6ddc7b40414566d990b2f64.jpg
BAKI, 23 oktyabr - Sputnik. Oktyabrın 22-də Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətindəki anbarında partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib. Azərtac xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər."Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələri tamamilə bloklanıb və əhatəyə alınıb. Hesablamalara görə, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapılarının qismən zədələndiyi müəyyən edilib", - deyə məlumatda bildirilir.Hazırda qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub və bərpa işləri davam edir. Partlayışın vurduğu ziyanı qiymətləndirmək üçün xüsusi işçi qrupu yaradılıb.Özbəkistan Səhiyyə Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.Dünən Özbəkistan Müdafiə Nazirliyi məlumat vermişdi ki, oktyabrın 22-də saat 04.55-də (Moskva vaxtı ilə 2.55) Sırdərya rayonunun Malik kəndindəki hərbi anbarda partlayış baş verib. Daha sonra hərbi idarədən bildirilib ki, anbarda vəziyyət stabildir, yanğınlar söndürülüb.“Hərbi hissədə sursat ehtiyatları dövlət standartlarına uyğun təhlükəsizlik tələblərinə cavab verən müasir xüsusi anbarlarda saxlanılır. Onların təhlükəsizliyinə tam təminat verilir”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/13/438301663_42:0:2773:2048_1920x0_80_0_0_93f05f94b95302b3ecd823b6f67cc59c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
özbəkistan, hərbi sursatın partlaması, anbar
özbəkistan, hərbi sursatın partlaması, anbar
Özbəkistanda hərbi anbarda partlayış nəticəsində 3,7 mindən çox bina zədələnib
Görülmüş tədbirlər nəticəsində qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub, bərpa işləri davam etdirilir.
BAKI, 23 oktyabr - Sputnik. Oktyabrın 22-də Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətindəki anbarında partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib. Azərtac xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər.
"Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məntəqələri tamamilə bloklanıb və əhatəyə alınıb. Hesablamalara görə, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapılarının qismən zədələndiyi müəyyən edilib", - deyə məlumatda bildirilir.
Hazırda qəzalı binalarda iki min kvadratmetr pəncərə qoyulub və bərpa işləri davam edir. Partlayışın vurduğu ziyanı qiymətləndirmək üçün xüsusi işçi qrupu yaradılıb.
Özbəkistan Səhiyyə Nazirliyinin son məlumatına görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
Dünən Özbəkistan Müdafiə Nazirliyi məlumat vermişdi ki, oktyabrın 22-də saat 04.55-də (Moskva vaxtı ilə 2.55) Sırdərya rayonunun Malik kəndindəki hərbi anbarda partlayış baş verib. Daha sonra hərbi idarədən bildirilib ki, anbarda vəziyyət stabildir, yanğınlar söndürülüb.
“Hərbi hissədə sursat ehtiyatları dövlət standartlarına uyğun təhlükəsizlik tələblərinə cavab verən müasir xüsusi anbarlarda saxlanılır. Onların təhlükəsizliyinə tam təminat verilir”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.