https://sputnik.az/20221023/dede-suleyman-vefat-edib-447768397.html
"Dədə Süleyman" vəfat edib
"Dədə Süleyman" vəfat edib
Sputnik Azərbaycan
Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 23.10.2022, Sputnik Azərbaycan
2022-10-23T11:17+0400
2022-10-23T11:17+0400
2022-10-23T11:17+0400
mədəniyyət
müğənni
əməkdar artist
vəfat
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/17/447768228_0:0:1200:676_1920x0_80_0_0_dcd91a7f678cfdf268fa91780694fdfc.jpg
BAKI, 23 oktyabr - Sputnik. Azərbaycan musiqi mədəniyyətinə itki üz verib. Məşhur müğənni, tanınmış muğam ifaçısı, əməkdar artist, xanəndə Süleyman Abdullayev (Dədə Süleyman) vəfat edib.Bu barədə APA-ya mərhumun qızı Aygün Abdullayeva məlumat verib.Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkib. Onun ayaq barmaqları amputasiya edilmişdi.Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər sorağı ilə Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirilib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib. 1960-1964-cü illər ərzində Süleyman Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb.1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub.Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə hesab olunub. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışıb.Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", “Şur” muğam dəsgahlarının lent yazıları AzTV Fonduna daxil olub.Allah rəhmət eləsin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/17/447768228_77:0:1144:800_1920x0_80_0_0_a8f89282ae7bc18b3ca423821d15e75e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
müğənni, əməkdar artist, vəfat
müğənni, əməkdar artist, vəfat
"Dədə Süleyman" vəfat edib
Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.
BAKI, 23 oktyabr - Sputnik. Azərbaycan musiqi mədəniyyətinə itki üz verib. Məşhur müğənni, tanınmış muğam ifaçısı, əməkdar artist, xanəndə Süleyman Abdullayev (Dədə Süleyman) vəfat edib.Bu barədə APA-ya mərhumun qızı Aygün Abdullayeva məlumat verib.
Süleyman Abdullayev uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkib. Onun ayaq barmaqları amputasiya edilmişdi.
Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər sorağı ilə Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirilib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib. 1960-1964-cü illər ərzində Süleyman Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb.
1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub.
Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə hesab olunub. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışıb.
Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", “Şur” muğam dəsgahlarının lent yazıları AzTV Fonduna daxil olub.