https://sputnik.az/20221022/uzunomurlu-aileleri-niye-teblig-etmek-lazimdir-447761228.html
Uzunömürlü ailələri niyə təbliğ etmək lazımdır
Uzunömürlü ailələri niyə təbliğ etmək lazımdır
Sputnik Azərbaycan
Həmsöhbətimiz bildirir ki, ailə institutunu möhkəmləndirmək üçün öncə hədəflər müəyyənləşdirilməlidir. 22.10.2022, Sputnik Azərbaycan
2022-10-22T20:47+0400
2022-10-22T20:47+0400
2022-10-22T20:48+0400
uzunömürlü
cəmiyyət
ailə
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1f/424573832_0:0:3073:1728_1920x0_80_0_0_aaff7c24eeb0b43a13ee98d9b6e90ba8.jpg
BAKI, 22 oktyabr - Sputnik. Azərbaycanda uzunömürlü ailələrin sayı çoxdur. Nümunə olmaq üçün belə ailələri təbliğ etmək lazımdır. Çünki biz nə qədər uğurlu ailə modellərini təbliğ etsək, bir o qədər də ailələrimizin möhkəmliyinə, uzunömürlülüyünə xidmət etmiş olarıq. Bu səbəbdən də media, televiziyalar vasitəsilə davamlı olaraq bu cür ailələri təbliğ etməliyik.Bunu Sputnik Azərbaycan-açıqlamasında gender məsələləri üzrə ekspert, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin məsləhətçisi Aynur Veysəlova deyib.O fikrini əsaslandıraraq maraqlı bir nümunə çəkir: “Avropada belə bir eksperiment aparmışdılar ki, 3 ay müddətində heç bir media orqanı cinayət xəbərləri vermirdi. Əldə olunan nəticə də müsbət oldu, cinayət, ailə-məişət zorakılıqları azaldı. Bu vəziyyət boşanmaların da sayına müsbət təsir etdi”.“Yəni, bu o deməkdir ki, biz nə qədər yaxşı xəbərlər yazıq, daha müsbət, pozitiv hadisələr görəcəyik. Bu istiqamətdə maarifləndirmə işlərini daha da genişləndirməliyik”, - deyə həmsöhbətimiz əlavə edib.Həmsöhbətimiz bildirir ki, ailə institutunu möhkəmləndirmək üçün öncə hədəflər müəyyənləşdirilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1f/424573832_0:0:2731:2048_1920x0_80_0_0_54d66f6d24d8fccfb8328ab06764eee2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uzunömürlü, ailə
Uzunömürlü ailələri niyə təbliğ etmək lazımdır
20:47 22.10.2022 (Yenilənib: 20:48 22.10.2022) Həmsöhbətimiz bildirir ki, ailə institutunu möhkəmləndirmək üçün öncə hədəflər müəyyənləşdirilməlidir.
BAKI, 22 oktyabr - Sputnik. Azərbaycanda uzunömürlü ailələrin sayı çoxdur. Nümunə olmaq üçün belə ailələri təbliğ etmək lazımdır. Çünki biz nə qədər uğurlu ailə modellərini təbliğ etsək, bir o qədər də ailələrimizin möhkəmliyinə, uzunömürlülüyünə xidmət etmiş olarıq. Bu səbəbdən də media, televiziyalar vasitəsilə davamlı olaraq bu cür ailələri təbliğ etməliyik.
Bunu Sputnik Azərbaycan-açıqlamasında gender məsələləri üzrə ekspert, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin məsləhətçisi Aynur Veysəlova deyib.
O fikrini əsaslandıraraq maraqlı bir nümunə çəkir: “Avropada belə bir eksperiment aparmışdılar ki, 3 ay müddətində heç bir media orqanı cinayət xəbərləri vermirdi. Əldə olunan nəticə də müsbət oldu, cinayət, ailə-məişət zorakılıqları azaldı. Bu vəziyyət boşanmaların da sayına müsbət təsir etdi”.
“Yəni, bu o deməkdir ki, biz nə qədər yaxşı xəbərlər yazıq, daha müsbət, pozitiv hadisələr görəcəyik. Bu istiqamətdə maarifləndirmə işlərini daha da genişləndirməliyik”, - deyə həmsöhbətimiz əlavə edib.
Həmsöhbətimiz bildirir ki, ailə institutunu möhkəmləndirmək üçün öncə hədəflər müəyyənləşdirilməlidir.