Otellərin ulduzlaşması daha çox turist axını deməkdir?

© AFP 2023 / FRANCK FIFEHotel nömrəsi, arxiv şəkli
Hotel nömrəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.10.2022
Abunə olmaq
Otellərin ulduzlaşdırılması üçün verilən müddət artıq bitib
BAKI, 22 oktyabr - Sputnik. Otellərin ulduzlaşması və sertifikasiyalaşması xüsusi komissiya tərəfindən həyata keçiriləcək. Hətta Avropa ulduzlaşma sistemi tərəfindən tanınan bu təsnifatlaşma bütün avropalılarda da bir əminlik yaradacaq, nəticədə də turist axını artacaq.
Bunu Sputnik Azərbaycan-açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib.
O bildirir ki, otellərin ulduzlaşdırılması üçün verilən müddət artıq bitib: “Hazırda bu təsnifatlaşmanı Azərbaycan Otellər Assosasiyası Avropa Ulduz Komissiyası ilə birgə həyata keçirir. Bu yolla otellərin iddia etdiyi ulduz dərəcələrinə görə monitorinq aparılır və uyğunluq olarsa, sertifikasıya verilir. Turizm haqqında yeni qanunvericiliyə əsasən otaq sayı ondan çox olan bütün otellər sertifikasiyadan keçmələri məcburidir. Əks halda qanunvericilikdə beş min manat məbləğində cərimə nəzərdə tutulub”.
“Ulduzlaşma kateqoriyasının olması daha çox müştərilər üçün önəmlidir. Artıq onları aldatmaq mümkün olmayacaq”,- deyə o əlavə edib.
Xəbər lenti
0