Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Medvedev: BMT TŞ-nin daimi üzvlərinin səlahiyyətləri toxunulmaz olmalıdır

© Sputnik / Юлия Зырянова / Mediabanka keçidTəhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev  - Sputnik Azərbaycan, 1920, 22.10.2022
Abunə olmaq
Medvedevin sözlərinə görə, BMT beynəlxalq münasibətlərin baza prinsiplərini qoruyub saxlamalıdır
BAKI, 22 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası (TŞ) daimi üzvlərinin statusunu və onların veto hüququnu dəyişmək olmaz.
APA xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bunu onunla əsaslandırıb ki, əks halda qurumu iflas və Millətlər Liqasının aqibəti gözləyir.
“BMT TŞ-nin daimi üzv olan ölkələrin sayı çoxala bilər, lakin onların səlahiyyətləri toxunulmaz olmalıdır”, - Medvedev qeyd edib.
Onun sözlərinə görə, BMT beynəlxalq münasibətlərin baza prinsiplərini qoruyub saxlamalıdır, bu, çox vacibdir. Həmçinin bütün ölkələr arasında bərabərlik və təkcə seçilmiş ölkələri deyil, hər bir ölkəni dinləmək öhdəliyi qorunmalıdır.
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.10.2022
RUSİYA
Rusiya XİN-dən BMT Baş Katibliyinin qərarlarına sərt reaksiya
Xəbər lenti
0