https://sputnik.az/20221006/rusiya-xn-den-bmt-bas-katibliyinin-qerarlarina-sert-reaksiya-447123594.html
Rusiya XİN-dən BMT Baş Katibliyinin qərarlarına sərt reaksiya
Rusiya XİN-dən BMT Baş Katibliyinin qərarlarına sərt reaksiya
Sputnik Azərbaycan
Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Baş katib ərazi məsələlərində müstəqil mövqeyə malik ola bilməz. 06.10.2022, Sputnik Azərbaycan
2022-10-06T15:17+0400
2022-10-06T15:17+0400
2022-10-06T15:17+0400
rusiya xin
rusiya
ukrayna
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830142_0:0:3167:1782_1920x0_80_0_0_c8885b62849e343b47fba3b8cefcbece.jpg
BAKI, 6 oktyabr — Sputnik. BMT Katibliyi Ukrayna ətrafındakı vəziyyətlə bağlı qərəzli və prinsipsiz mövqeyini bir daha təsdiqləyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin baş katibi Antonio Quterreşin "Donetsk və Luqansk Xalq respublikaları"nda, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlarla bağlı bəyanatını şərh edərknə deyib."Oktyabrın 5-də keçirdiyi brifinq zamanı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik, yəni Antonio Quterreşin adından danışan şəxs, deyəsən, özünə haqq qazandırmağa çalışırdı. Lakin baxsanız, yeni və ümidverici heç nə eşitmədik. Bununla da Katibliyin Ukrayna hadisəsinə qərəzli və prinsipsiz yanaşması bir daha təsdiqləndi", - Zaxarova vurğulayıb.Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Baş katib ərazi məsələlərində müstəqil mövqeyə malik ola bilməz. "BMT Nizamnaməsinə uyğun olaraq, bu vəzifə BMT-nin baş idarəçisindən öz vəzifələrini yerinə yetirməyi tələb edir. Biz bunu Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin şərhlərində də qeyd etmişik", - o əlavə edib.Zaxarovanın sözlərinə görə, Katibliyin nümayəndələri Baş Assambleyanın qeyri-konsensual qərarlarına əsaslanaraq, Təhlükəsizlik Şurasının yekdilliklə qəbul edilmiş sənədlərini unudurlar: "Bunlardan biri də vaxtilə Minsk razılaşmalarının həyata keçirilməsi üçün tədbirlər kompleksini təsdiqləyən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsi idi. Yeddi il ərzində Kiyev bu sənədin müddəalarını açıq şəkildə pozdu, xüsusən də Petro Poroşenko və Volodimir Zelenski onun etibarsızlığını açıq elan etməkdən çəkinmədilər. Biz BMT Katibliyinin hər hansı qınayan reaksiyasını görmədik və ondan belə nəticəyə gəldik ki, Katiblik üzv dövlətlərə qərarlarını bilərəkdən seçici şəkildə tətbiq edir", - o qeyd edib."Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasının zəruriliyindən danışan və bunda BMT Nizamnaməsinin müddəalarına və 1970-ci il dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına əsaslanan Katibliyin nümayəndələri mühüm məqamı "unudurlar", - Zaxarova vurğulayıb."Sonuncu sənəddə açıq şəkildə qeyd olunur ki, yuxarıda göstərilən prinsip yalnız irqindən, dinindən və dəri rəngindən asılı olmayaraq bu ərazidə yaşayan bütün insanları təmsil edən dövlətlərə şamil edilir. Üstəlik, "hər bir dövlət xalqları öz müqəddəratını təyinetmə, azadlıq və müstəqillik hüququndan məhrum edən hər hansı zorakı hərəkətlərdən çəkinməyə borcludur", - Zaxarova qeyd edib."Ümumiyyətlə, BMT Katibliyinin nümayəndələrinin ritorikasında heç bir dəyişiklik yoxdur. Onların edə bildiyi yeganə şey Kiyevin ən azğınlaşmış tərəfdarlarının rusofob bəyanatlarını bir qədər "cilalamaq" olub", - deyə diplomat fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830142_346:0:3077:2048_1920x0_80_0_0_ede928be5a8626c472aec3263aea4da4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, ukrayna, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya xin, ukrayna, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Rusiya XİN-dən BMT Baş Katibliyinin qərarlarına sərt reaksiya
Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Baş katib ərazi məsələlərində müstəqil mövqeyə malik ola bilməz.
BAKI, 6 oktyabr — Sputnik. BMT Katibliyi Ukrayna ətrafındakı vəziyyətlə bağlı qərəzli və prinsipsiz mövqeyini bir daha təsdiqləyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT-nin baş katibi Antonio Quterreşin "Donetsk və Luqansk Xalq respublikaları"nda, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlarla bağlı bəyanatını şərh edərknə deyib.
"Oktyabrın 5-də keçirdiyi brifinq zamanı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik, yəni Antonio Quterreşin adından danışan şəxs, deyəsən, özünə haqq qazandırmağa çalışırdı. Lakin baxsanız, yeni və ümidverici heç nə eşitmədik. Bununla da Katibliyin Ukrayna hadisəsinə qərəzli və prinsipsiz yanaşması bir daha təsdiqləndi", - Zaxarova vurğulayıb.
Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Baş katib ərazi məsələlərində müstəqil mövqeyə malik ola bilməz. "BMT Nizamnaməsinə uyğun olaraq, bu vəzifə BMT-nin baş idarəçisindən öz vəzifələrini yerinə yetirməyi tələb edir. Biz bunu Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin şərhlərində də qeyd etmişik", - o əlavə edib.
Zaxarovanın sözlərinə görə, Katibliyin nümayəndələri Baş Assambleyanın qeyri-konsensual qərarlarına əsaslanaraq, Təhlükəsizlik Şurasının yekdilliklə qəbul edilmiş sənədlərini unudurlar: "Bunlardan biri də vaxtilə Minsk razılaşmalarının həyata keçirilməsi üçün tədbirlər kompleksini təsdiqləyən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsi idi. Yeddi il ərzində Kiyev bu sənədin müddəalarını açıq şəkildə pozdu, xüsusən də Petro Poroşenko və Volodimir Zelenski onun etibarsızlığını açıq elan etməkdən çəkinmədilər. Biz BMT Katibliyinin hər hansı qınayan reaksiyasını görmədik və ondan belə nəticəyə gəldik ki, Katiblik üzv dövlətlərə qərarlarını bilərəkdən seçici şəkildə tətbiq edir", - o qeyd edib.
"Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasının zəruriliyindən danışan və bunda BMT Nizamnaməsinin müddəalarına və 1970-ci il dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına əsaslanan Katibliyin nümayəndələri mühüm məqamı "unudurlar", - Zaxarova vurğulayıb.
"Sonuncu sənəddə açıq şəkildə qeyd olunur ki, yuxarıda göstərilən prinsip yalnız irqindən, dinindən və dəri rəngindən asılı olmayaraq bu ərazidə yaşayan bütün insanları təmsil edən dövlətlərə şamil edilir. Üstəlik, "hər bir dövlət xalqları öz müqəddəratını təyinetmə, azadlıq və müstəqillik hüququndan məhrum edən hər hansı zorakı hərəkətlərdən çəkinməyə borcludur", - Zaxarova qeyd edib.
"Ümumiyyətlə, BMT Katibliyinin nümayəndələrinin ritorikasında heç bir dəyişiklik yoxdur. Onların edə bildiyi yeganə şey Kiyevin ən azğınlaşmış tərəfdarlarının rusofob bəyanatlarını bir qədər "cilalamaq" olub", - deyə diplomat fikirlərini yekunlaşdırıb.