https://sputnik.az/20221022/konsert-enenesinin-itmesi-ne-ile-baglidir-447763067.html
Konsert ənənəsinin itməsi nə ilə bağlıdır?
Konsert ənənəsinin itməsi nə ilə bağlıdır?
Sputnik Azərbaycan
Son illər konsert ənənəsini getdikcə itmək üzrədir. Müğənnilərin bəzisi bunu maliyyə ilə, bəzisi isə konsert salonlarının kirayə haqqının çox yüksək olması ilə... 22.10.2022, Sputnik Azərbaycan
2022-10-22T22:49+0400
2022-10-22T22:49+0400
2022-10-22T22:50+0400
konsert
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/41908/72/419087233_0:86:1920:1166_1920x0_80_0_0_ca1c9b39527da74c85067cbb4b6fa974.jpg
BAKI, 22 oktyabr - Sputnik. Son illər, xüsusən pandemiya dönəmindən sonra şou-biznes aləmində sükut hökm sürür. Halbuki bir zamanlar konsertlərə görə müğənnilər arasında böyük rəqabət var idi. Bəs görəsən, son illər konsertlərin olmaması nə ilə bağlıdır? Niyə görəsən konsert salonları boş qalıb? Bunun səbəbini araşdırmaq üçün bir çox müğənnilərlə əlaqə saxladıq.Bir zamanlar rekord sayda konsertlərə imza atan Azərbaycanın xalq artisti, Cənab Qızıl Şlyager Faiq Ağayev bunun səbəbini pandemiyada görür: "İndiki dövrdə biz zalın yalnız 50 faizini doldura bilərik. Onda da gərək biz qiymətləri qaldıraq. Mən də istəmərəm ki, məni sevən tamaşaçı yüksək məbləğdə pul ödəyib mənim konsertimə gəlsin. 2000-ci illərin əvvəllərində buna təlabat var idi. İndi isə heç kəs buna maraqlı deyil".Səhnəmizin divası, Xalq artisti Aygün Kazımova bildirir ki, bu məsələ individualdır: "Sözsüz ki, hər kəsin öz səbəbi var. Məncə, bu dəqiqə böyük miqyaslı konsertlər vermək alınmaz. Sənət adamlarında konsertə tamaşaçının gəlməmək qorxusı hər zaman olub. Qorxu hissindən azad olan kimi hər şey yoluna girəcək".Xalq artsiti Gülyanaq Məmmədova da həmkarları ilə həmfikirdir. Onun sözlərinə görə, ən böyük problem maliyyədir: "Mən Gülyaz xanımla pandemiyadan öncə ölkənin ən böyük konsert salonlarından olan Heydər Əliyev adına sarayda konsert verdik. Həmin konsertdə bir günlük konsert üçün o vaxt 18 min manat ödəmişdik. 5900 manat məşq vaxtı xərclədik. Hələ onun reklamı, geyimləri də var. Təbii ki, biz də istəyərdirk ki, konsertlər təşkil edək. Mən 1 uğurlu konsert verəndə o qədər dincəlirəm ki, o dincliyi 1 ay istirahət etsəm, ala bilmərəm. Mən tamaşaçıma bileti neçəyə satım ki, bundan gəlir əldə edə bilim?".Müğənni bildirdi ki, bu il Özbəkistanın müxtəlif şəhərlərində 7 konserti baş tutub. Bundan başqa, digər ölkələrdə də konsert verən Xalq artisti bildirir ki, həmin konserlətdən heç bir qazanc əldə etmir. O bunu vətəninə borc hesab edir.Əməkdar artist Elnarə Abdullayeva konsert verməkdən yorulduğunu dilə gətirdi: "Keçən il Moskvada konsert verdim. Düşünürəm ki, kifayətdir. Artıq konsert verməkdən yorulmuşam".2014-cü il Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımova bildirir ki, ötən il konsert vermək istəyib, müəyyən səbəblərə görə, konsert təxirə düşüb: "Mənim konsert vermək üçün kifayət qədər mahnım yoxdur. Öncə mahnılar toplamalıyam. Bundan da əlavə, geyimlər də olmaldır. Hər mahnıya uyğun libaslar tikilməlidir. Mən keçən il konsert istədim, amma sadaladığım problemlərə görə, təxirə saldım. Növbəti il konsert verməyə hazırlaşıram".Azərbaycanı bir çox beynəlxalq festivallarda təmsil edən Tofiq Hacıyev həmkarlarından fərqli olaraq, bu il konsert verməyi planlaşdırır: "Noyabr ayında Heydər Əliyev adına sarayda konsert verməyi düşünürəm. Müğənnilərin konsert verməməsinə gəldikdə isə səbəb maliyyədir. Konsert ənənəsi getdikdə itmək üzrədir. Bunun da səbəbi odur ki, təşkilatçılar artıq maliyyə ayırmağa maraqlı deyillər. Sponsor olsa, konsertlər də baş tutar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41908/72/419087233_132:0:1839:1280_1920x0_80_0_0_2705a1abe6e95e0a10631fd6dec4db7e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
konsert
Konsert ənənəsinin itməsi nə ilə bağlıdır?
22:49 22.10.2022 (Yenilənib: 22:50 22.10.2022) Son illər konsert ənənəsini getdikcə itmək üzrədir. Müğənnilərin bəzisi bunu maliyyə ilə, bəzisi isə konsert salonlarının kirayə haqqının çox yüksək olması ilə əlaqələndirdi
BAKI, 22 oktyabr - Sputnik. Son illər, xüsusən pandemiya dönəmindən sonra şou-biznes aləmində sükut hökm sürür. Halbuki bir zamanlar konsertlərə görə müğənnilər arasında böyük rəqabət var idi. Bəs görəsən, son illər konsertlərin olmaması nə ilə bağlıdır? Niyə görəsən konsert salonları boş qalıb? Bunun səbəbini araşdırmaq üçün bir çox müğənnilərlə əlaqə saxladıq.
Bir zamanlar rekord sayda konsertlərə imza atan Azərbaycanın xalq artisti, Cənab Qızıl Şlyager Faiq Ağayev bunun səbəbini pandemiyada görür: "İndiki dövrdə biz zalın yalnız 50 faizini doldura bilərik. Onda da gərək biz qiymətləri qaldıraq. Mən də istəmərəm ki, məni sevən tamaşaçı yüksək məbləğdə pul ödəyib mənim konsertimə gəlsin. 2000-ci illərin əvvəllərində buna təlabat var idi. İndi isə heç kəs buna maraqlı deyil".
Səhnəmizin divası, Xalq artisti Aygün Kazımova bildirir ki, bu məsələ individualdır: "Sözsüz ki, hər kəsin öz səbəbi var. Məncə, bu dəqiqə böyük miqyaslı konsertlər vermək alınmaz. Sənət adamlarında konsertə tamaşaçının gəlməmək qorxusı hər zaman olub. Qorxu hissindən azad olan kimi hər şey yoluna girəcək".
Xalq artsiti Gülyanaq Məmmədova da həmkarları ilə həmfikirdir. Onun sözlərinə görə, ən böyük problem maliyyədir: "Mən Gülyaz xanımla pandemiyadan öncə ölkənin ən böyük konsert salonlarından olan Heydər Əliyev adına sarayda konsert verdik. Həmin konsertdə bir günlük konsert üçün o vaxt 18 min manat ödəmişdik. 5900 manat məşq vaxtı xərclədik. Hələ onun reklamı, geyimləri də var. Təbii ki, biz də istəyərdirk ki, konsertlər təşkil edək. Mən 1 uğurlu konsert verəndə o qədər dincəlirəm ki, o dincliyi 1 ay istirahət etsəm, ala bilmərəm. Mən tamaşaçıma bileti neçəyə satım ki, bundan gəlir əldə edə bilim?".
Müğənni bildirdi ki, bu il Özbəkistanın müxtəlif şəhərlərində 7 konserti baş tutub. Bundan başqa, digər ölkələrdə də konsert verən Xalq artisti bildirir ki, həmin konserlətdən heç bir qazanc əldə etmir. O bunu vətəninə borc hesab edir.
Əməkdar artist Elnarə Abdullayeva konsert verməkdən yorulduğunu dilə gətirdi: "Keçən il Moskvada konsert verdim. Düşünürəm ki, kifayətdir. Artıq konsert verməkdən yorulmuşam".
2014-cü il Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımova bildirir ki, ötən il konsert vermək istəyib, müəyyən səbəblərə görə, konsert təxirə düşüb: "Mənim konsert vermək üçün kifayət qədər mahnım yoxdur. Öncə mahnılar toplamalıyam. Bundan da əlavə, geyimlər də olmaldır. Hər mahnıya uyğun libaslar tikilməlidir. Mən keçən il konsert istədim, amma sadaladığım problemlərə görə, təxirə saldım. Növbəti il konsert verməyə hazırlaşıram".
Azərbaycanı bir çox beynəlxalq festivallarda təmsil edən Tofiq Hacıyev həmkarlarından fərqli olaraq, bu il konsert verməyi planlaşdırır: "Noyabr ayında Heydər Əliyev adına sarayda konsert verməyi düşünürəm. Müğənnilərin konsert verməməsinə gəldikdə isə səbəb maliyyədir. Konsert ənənəsi getdikdə itmək üzrədir. Bunun da səbəbi odur ki, təşkilatçılar artıq maliyyə ayırmağa maraqlı deyillər. Sponsor olsa, konsertlər də baş tutar".