Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İçdiyimiz D vitaminləri nə üçün faydasızdır?

dərman - Sputnik Azərbaycan, 1920, 22.10.2022
Abunə olmaq
Yalnız həkim məsləhəti ilə D vitamini qəbul edib faydasını görmək mümkündür
BAKI, 22 oktyabr — Sputnik. D vitamini immun sisteminə müsbət təsir etdiyindən, infeksiyon xəstəliklər zamanı bu vitaminə çox üstünlük verilir. D vitamini çatışmazlığı zamanı əzələ və sümüklərdə ağrılar olur. Bu zaman laborator göstəricələrə baxmaqla həkim nəzarəti altında biz vitamin D istifadə edə bilərik.
Bunu Sputnik Azərbaycan-ın Multimedia mərkəzinin qonağı, Mərkəzi Neftçilər Xəstəəxnasının infeksionisti Natiq Əliyev həm koronavirus, həm də mövcud viruslarla bağlı danışarkən deyib.
Necə etməliyik ki, D vitaminin faydasını görə bilək?
Həkim bildirir ki, D vitamini qəbul etmək üçün öncə analiz nəticələrimizə baxmalıyıq: "Lakin insanlar düşünür ki, elə bunu aptekdən alıb qəbul etsinlər. Gündəlik və defisitli zamanı tətbiq olunan doza fərqlidir. Defisit olduqda da xəstənin yanaşı xəstəlikləri nəzərə alınaraq ona D vitamini təyin edilir". D vitaminin daha yüksək dozada tətbiqi böyrəklərə ziyan verə bilər".
"Yalnız həkim məsləhəti ilə düzgün doza təyin etmək mükündür",- deyə həkim əlavə edib.
Xəbər lenti
0