https://sputnik.az/20221021/sekinin-iki-kendinde-toyda-kutlevi-zeherlenme-bas-verib-447705664.html
Şəkinin iki kəndində toyda kütləvi zəhərlənmə baş verib
Şəkinin iki kəndində toyda kütləvi zəhərlənmə baş verib
Sputnik Azərbaycan
Şəkinin Baş Güynük və Şin kəndində toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. Zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi... 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T11:11+0400
2022-10-21T11:11+0400
2022-10-21T11:59+0400
hadisə
kütləvi zəhərlənmə
şəki
https://cdnn1.img.sputnik.az/img/42169/05/421690576_0:159:3076:1889_1920x0_80_0_0_a547ca95fca5e63d41450937d749623d.jpg
BAKI, 21 oktyabr — Sputnik. Şəki rayonunda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, hadisə rayonun Şin kəndində baş verib. Keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Trend-ə faktı təsdiqləyib. M.Mənsimov bildirib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, ötən gün də Şəkidə keçirilən toy məclisində qidadan zəhərlənmə baş verib. Hadisə rayonun Baş Göynük kənd ərazisində keçirilən toy məclisində qeydə alınıb.Rayonun Baş Göynük kənd sakinləri - 1961-ci il təvəllüdlü Səyarə İbrahim qızı Aslanova, 1953-cü il təvəllüdlü Rəcəb Şərif oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Bahar Musa qızı Cəfərova, 1962-ci il təvəllüdlü Sürayə Həsən qızı Cəfərova, 1975-ci il təvəllüdlü Vüsalə Sabir qızı Aslanova, 1958-ci il təvəlllüdlü Hidayət Həsən oğlu Aydəmirov və 1958-ci il təvəllüdlü Əsgər Qara oğlu Əsgərov qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.Zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib, onlardan müvafiq nümunələr götürülüb. Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşən Baş Göynük kənd sakinləri ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.Faktla bağlı araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42169/05/421690576_174:0:2903:2047_1920x0_80_0_0_026c9f92e34990185904f9ab2204c16e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kütləvi zəhərlənmə, şəki
Şəkinin iki kəndində toyda kütləvi zəhərlənmə baş verib
11:11 21.10.2022 (Yenilənib: 11:59 21.10.2022) Şəkinin Baş Güynük və Şin kəndində toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. Zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib, onlardan müvafiq nümunələr götürülüb.
BAKI, 21 oktyabr — Sputnik. Şəki rayonunda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, hadisə rayonun Şin kəndində baş verib. Keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.
Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Trend-ə faktı təsdiqləyib. M.Mənsimov bildirib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün də Şəkidə keçirilən toy məclisində qidadan zəhərlənmə baş verib. Hadisə rayonun Baş Göynük kənd ərazisində keçirilən toy məclisində qeydə alınıb.
Rayonun Baş Göynük kənd sakinləri - 1961-ci il təvəllüdlü Səyarə İbrahim qızı Aslanova, 1953-cü il təvəllüdlü Rəcəb Şərif oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Bahar Musa qızı Cəfərova, 1962-ci il təvəllüdlü Sürayə Həsən qızı Cəfərova, 1975-ci il təvəllüdlü Vüsalə Sabir qızı Aslanova, 1958-ci il təvəlllüdlü Hidayət Həsən oğlu Aydəmirov və 1958-ci il təvəllüdlü Əsgər Qara oğlu Əsgərov qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib, onlardan müvafiq nümunələr götürülüb. Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşən Baş Göynük kənd sakinləri ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.