Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabirabadda həyat yoldaşına bıçaq xəsarətləri yetirən şəxs tutulub

© Sputnik / Murad OrujovArxasında bıçaq tutan adam, arxiv şəkli
Arxasında bıçaq tutan adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
Rayon prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
BAKI, 21 oktyabr - Sputnik. Sabirabad rayonu ərazisində 1996-cı il təvəllüdlü Təhminə İsayevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Asəf İsayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Asəf İsayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Xəbər lenti
0