Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İranın xoş olmayan məramı: qarışıqlığın olması daha sərfəlidir - Politoloq

© AP Photo / Jon GambrellDubayda keçirilən Expo 2020-də İran pavilyonunun yanında dayanmış kişi, arxiv şəkli
Dubayda keçirilən Expo 2020-də İran pavilyonunun yanında dayanmış kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
Siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, hazırda İran regionda gedən proseslərdə iştirakçı, o cümlədən nüfuz sahibi olmaq istəyir.
BAKI, 21 oktyabr — Sputnik. Son dövrlər Azərbaycan-İran münasibətlərində gərginliyin yenidən artması müşahidə olunur. Ötən gün Ermənistana səfər etmiş İran XİN rəhbərinin "Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi hesab edirik" açıqlaması isə məqbul hesab edilə bilməz. İranın Ermənistanı öz qanadları altına alması həm də İslam Respublikasının şimal qonşusundakı dindaşlarına münasibətinin təzahürüdür.
Xəbərlərin isə ardı kəsilmir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın ali dini liderinin hərbi müşaviri general-mayor Yahia Rəhim Səfəvi açıqlama verib ki, Ermənistan İran dronlarına elçi düşüb və onları almaq istəyir.
İran isə Ermənistanda, daha dəqiq desək Zəngəzur dəhlizinin keçəcəyi Qafanda konsulluq açır. Cənub qonşumuz sakitləşmək bilmir. Azərbaycan gah mollaların dili ilə təhdid olunur, gah da sərhədlərimiz yaxınlığına qoşun yığıb Arazı keçmək üçün təlimlər keçir. Son vaxtlar od içində olan, iğtişaşlar məngənəsində sıxılan İran özünü daha böyük alovun içinə atmaq üçün əlindən gələni edir.
Sputnik Azərbaycan Azərbaycan və İran arasında cərəyan edən proseslərlə bağlı "Orta Doğu" Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanla həmsöhbət olub.
© Photo : courtesy of Sadraddin SoltanSədrəddin Soltan
Sədrəddin Soltan
 - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Sədrəddin Soltan
Siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, hazırda İran hakimiyyəti özünün gələcəyindən narahatdır:

"İranın daxilində baş verən qarşıdurmalar, bəzi bölgələrdəki silahlı toqquşmalar mövcud İran rejimini narahat edir. İran hakimiyyəti mövcud təhdidlərin Cənubdan, Şimaldan və Qərbdən gəldiyini düşünür. Cənub hissədən Səudiyyə Ərəbistanı, Qərb tərəfdən PKK-nı, Şimaldan isə Azərbaycanı təhdid hesab edir. İran bütün bunların qarşısını almaq üçün təhdidedici hərəkətlərə yol verir. Hərbi təlimlər, müxtəlif səviyyəli rəsmilər tərəfindən edilən çıxışlar isə Səudiyyə Ərəbistanına, ABŞ-a, İsrailə və Azərbaycana ünvanlanıb".

Sədrəddin Soltan vurğulayıb ki, İran regionda gedən proseslərdə iştirakçı, o cümlədən nüfuz sahibi olmaq istəyir:
"İran regionda gərginliyin artmasında maraqlıdır. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmağa çalışır. İran hesab edir ki, Azərbaycan-Ermənistan arasında gərginliyin qalması hər iki ölkəni manipulyasiya etməyə imkan verəcək. İran üçün öz ətrafında qarışıqlığın olması daha sərfəlidir. Bu baxımdan İraqda, Əfqanıstanda qeyri-sabitliyin olması bu ölkənin işinə yarayır".
Ekspert onu da bildirib ki, İran tərəfindən Azərbaycanla bağlı həqiqətə uyğun gəlməyən, təhrif olunmuş faktlara söykənərək səsləndirilmiş fikirlər qəbuledilməzdir:

"İran tərəfi artıq bir neçə dəfədir ki, sərhədlərin dəyişməməsi ilə bağlı kəskin mövqeyini ifadə edir. Hər şeydən əvvəl bu ölkənin otuz ilə yaxın Azərbaycan torpaqlarının işğalı zamanı səsi çıxmırdı. Sual olunur ki, niyə İran o vaxt bəyan etmirdi ki, Azərbaycanın təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir? İran bunu heç vaxt elan etmədi. İşğalçı Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə isti münasibətlər saxlamaqla İran Azərbaycana xoş olmayan münasibətini göstərdi".

© Фото с сайта newsru.comİslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri, arxiv şəkli
Бойцы Корпуса Cтражей Исламской Революции - Sputnik Azərbaycan, 1920, 21.10.2022
İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri, arxiv şəkli
Politoloqun sözlərinə görə, bu gün Azərbaycan öz tarixi torpaqlarında sərhədlərin müəyyənləşməsini istəyir:
"Azərbaycan SSRİ-nin tərkibinə daxil olduğu sərhədlərin bərpa olunmasını tələb edir. Biz bu məsələyə yanaşmada Xəzərin bölünməsi ilə bağlı prosesə nəzər salmaqla nəticə əldə edə bilərik. Xəzərin ölkələr arasında sərhədləri müəyyən edilərkən Azərbaycanın 1920-ci ilə qədər olan sərhədləri əsas götürülmüşdü. Buna Xəzəryanı ölkənin dördü də razılıq veriblər. Yəni, bu gün Ermənistanla sərhədlərin müəyyən edilməsi prosesində də eyni mexanizm tətbiq edilməlidir. Əgər İran xoşməramlıdırsa, tarixə, sənədlərə müraciət etməlidir. Yəni ordunu sərhədə yığmaqla, İsraillə Azərbaycan arasındakı isti münasibətlərə görə təhdidlər səsləndirməklə mövcud vəziyyəti daha da gərginləşdirər və İranın özü üçün yaxşı nəticələnməz".
Siyasi şərhçi Türkiyə prezidentinin ötən gün Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərə də diqqət çəkib və qeyd edib ki, bütün bunlar Azərbaycan və Türkiyənin xoşməramlı olmasından xəbər verir:
"Azərbaycan və Türkiyə dünyaya sübut edir ki, regionda əməkdaşlığın, sülhün və quruculuğun tərəfdarıdırlar. İran isə bu prosesdə özünə yer tapa bilmədiyinə görə pozuculuq işləri ilə məşğul olur. Ermənistan da bu proseslərdə alət rolunda çıxış edir. Bu ölkədən regionu qarışdırmaq və gərginliyi artırmaq üçün istifadə olunur".
Xəbər lenti
0