https://sputnik.az/20221021/qarabagda-yasil-enerji-layihelerinde-misir-sirketleri-istirak-edecek-447711495.html
Qarabağda "yaşıl enerji" layihələrində Misir şirkətləri iştirak edəcək
Qarabağda "yaşıl enerji" layihələrində Misir şirkətləri iştirak edəcək
Sputnik Azərbaycan
Energetika naziri bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji... 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T14:53+0400
2022-10-21T14:53+0400
2022-10-21T14:53+0400
enerji
iqtisadiyyat
energetika naziri pərviz şahbazov
misir
yaşıl enerji
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427398336_0:92:3317:1957_1920x0_80_0_0_578215ed4224f932c8bb34e2075f1367.jpg
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının "yaşıl enerji" hesabına təmini layihələrində Misir şirkətlərinin iştirakı imkanları nəzərdən keçirilib.Energetika Nazirliyinin verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi ilə görüşündə bildirib.Onun sözlərinə görə, Misirin müvafiq sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri Azərbaycana dəvət edilib.Söhbət zamanı Azərbaycanla Misir arasında energetika sahəsində mövcud əlaqələr barəsində fikir mübadiləsi aparılıb. Müvafiq sahədə ölkəmizdə aparılan islahatlar, reallaşdırılan layihələr haqqında məlumat verilib, neft-kimya, mayeləşdirilmiş təbii qaz, bərpa olunan enerji kimi sahələrdə dövlət və özəl qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427398336_292:0:3023:2048_1920x0_80_0_0_abc3e8983d5e2e347ad541b7f62271dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
enerji, energetika naziri pərviz şahbazov, misir, yaşıl enerji
enerji, energetika naziri pərviz şahbazov, misir, yaşıl enerji
Qarabağda "yaşıl enerji" layihələrində Misir şirkətləri iştirak edəcək
Energetika naziri bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının "yaşıl enerji" hesabına təmini layihələrində Misir şirkətlərinin iştirak imkanlarına baxılıb.
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının "yaşıl enerji" hesabına təmini layihələrində Misir şirkətlərinin iştirakı imkanları nəzərdən keçirilib.
Energetika Nazirliyinin verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Misirin müvafiq sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri Azərbaycana dəvət edilib.
Söhbət zamanı Azərbaycanla Misir arasında energetika sahəsində mövcud əlaqələr barəsində fikir mübadiləsi aparılıb. Müvafiq sahədə ölkəmizdə aparılan islahatlar, reallaşdırılan layihələr haqqında məlumat verilib, neft-kimya, mayeləşdirilmiş təbii qaz, bərpa olunan enerji kimi sahələrdə dövlət və özəl qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.