https://sputnik.az/20221021/pakistan-vetendaslari-ucun-vizalarin-resmilesdirilmesine-gore-tutulan-rusum-mueyyenlesib-447709485.html
Pakistan vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinə görə tutulan rüsum müəyyənləşib
Pakistan vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinə görə tutulan rüsum müəyyənləşib
Sputnik Azərbaycan
Azərbaycana gələn əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə... 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T11:41+0400
2022-10-21T11:41+0400
2022-10-21T11:41+0400
pakistan
cəmiyyət
baş nazir
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0b/441006550_0:0:3073:1728_1920x0_80_0_0_debe0697dc0443a882ff05af104c5514.jpg
BAKI, 21 oktyabr — Sputnik. Pakistan vətəndaşlarına tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsi müəyyən edilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.Belə ki, qərarla Azərbaycana səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin siyahısı genişləndirilib. Siyahıya Pakistan da əlavə olunub.Beləliklə, Azərbaycan ilə Pakistan arasında mövcud yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrini, iki ölkənin siyasi baxımdan həssas məsələlərdə bir-birinə göstərdiyi dəstəyi, eləcə də iqtisadi-ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün atılan addımları və bu mənada xüsusi əhəmiyyət kəsb edən qarşılıqlı səfərlərin əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd edilən Siyahıya Pakistanın əlavə edilməsi məqsədəuyğun hesab olunub.Bu Qərar Pakistan vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin qarşılıqlı olaraq Pakistan tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsinin səviyyəsində müəyyən edilməsini tənzimləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0b/441006550_0:0:2731:2048_1920x0_80_0_0_de5c03dd7c4dc0da43ae6c2ac224590a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pakistan, baş nazir
Pakistan vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinə görə tutulan rüsum müəyyənləşib
Azərbaycana gələn əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin siyahısı genişləndirilib.
BAKI, 21 oktyabr — Sputnik. Pakistan vətəndaşlarına tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsi müəyyən edilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Belə ki, qərarla Azərbaycana səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin siyahısı genişləndirilib. Siyahıya Pakistan da əlavə olunub.
Beləliklə, Azərbaycan ilə Pakistan arasında mövcud yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrini, iki ölkənin siyasi baxımdan həssas məsələlərdə bir-birinə göstərdiyi dəstəyi, eləcə də iqtisadi-ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün atılan addımları və bu mənada xüsusi əhəmiyyət kəsb edən qarşılıqlı səfərlərin əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd edilən Siyahıya Pakistanın əlavə edilməsi məqsədəuyğun hesab olunub.
Bu Qərar Pakistan vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin qarşılıqlı olaraq Pakistan tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsinin səviyyəsində müəyyən edilməsini tənzimləyir.