https://sputnik.az/20221021/ombudsmanlarin-baki-beynelxalq-konfransinin-istirakcilari-agdama-sefer-edibler-447724076.html
Ombudsmanların Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər
Ombudsmanların Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər
Sputnik Azərbaycan
Nümayəndə heyəti ermənilər tərəfindən dağıdılan Ağdam şəhərinin qalıqlarına baxış keçirib. Qonaqlar İmarət kompleksində olub, Xurşidbanu Natəvanın qəbirüstü... 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T15:31+0400
2022-10-21T15:31+0400
2022-10-21T15:31+0400
ombudsman
azərbaycan xəbərləri
ağdam
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/15/447723919_0:0:1001:563_1920x0_80_0_0_72ad234100178094c37996ee23503de8.jpg
BAKI, 21 oktyabr — Sputnik. "Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu" mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçılarının işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb.Heyətə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının nümayəndələri, o cümlədən Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan olan qonaqlar daxildir.Nümayəndə heyəti ermənilər tərəfindən dağıdılan Ağdam şəhərinin qalıqlarına baxış keçirib. Qonaqlar İmarət kompleksində olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsini ziyarət ediblər.Qeyd edək ki, 18 oktyabrda Azərbaycan Ombudsmanının vitse-prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyasının və İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının iclası keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi münasibətilə isə 19-20 oktyabrda "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/15/447723919_71:0:822:563_1920x0_80_0_0_7f501a3239d799c8a155dc93538c5062.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman, ağdam
Ombudsmanların Bakı Beynəlxalq Konfransının iştirakçıları Ağdama səfər ediblər
Nümayəndə heyəti ermənilər tərəfindən dağıdılan Ağdam şəhərinin qalıqlarına baxış keçirib. Qonaqlar İmarət kompleksində olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsini ziyarət ediblər.
BAKI, 21 oktyabr — Sputnik. "Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu" mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransının iştirakçılarının işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb.
Heyətə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının nümayəndələri, o cümlədən Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan olan qonaqlar daxildir.
Nümayəndə heyəti ermənilər tərəfindən dağıdılan Ağdam şəhərinin qalıqlarına baxış keçirib. Qonaqlar İmarət kompleksində olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsini ziyarət ediblər.
Qeyd edək ki, 18 oktyabrda Azərbaycan Ombudsmanının vitse-prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyasının və İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının iclası keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi münasibətilə isə 19-20 oktyabrda "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı keçirilib.