https://sputnik.az/20221021/mektebliler-arasinda-siqarete-ve-alkoqola-aludecilik-447698212.html
SOS: Məktəblilər arasında siqaretə və alkoqola aludəçilik artıb
SOS: Məktəblilər arasında siqaretə və alkoqola aludəçilik artıb
Sputnik Azərbaycan
Millət vəkili Rüfət Quliyev bildirib ki, qanun təhsil və mədəniyyət obyektlərinin 100-metrədək yaxınlığında heç bir tütün məhsulunun reklamına icazə vermir... 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T09:31+0400
2022-10-21T09:31+0400
2022-10-24T17:11+0400
məktəbli
cəmiyyət
siqaret
alkoqol
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_0:320:3073:2048_1920x0_80_0_0_81d899663d8ed37b2625ad1640d55378.jpg
BAKI, 21 oktyabr — Sputnik. Ümumtəhsil müəssisələrinin ətrafında fəaliyyət göstərən tütün və alkoqol məhsulları satışını həyata keçirən ticarət obyektləri ilə bağlı məsələ dəfələrlə ciddi tənqid edilsə də, bu hal hələ də davam edir. Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq" mövzusunda keçirilən konfransda bu problemə toxunub. Bildirib ki, tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı ciddi və problemli məsələdir".İdarə rəhbəri qeyd edib ki, o bu məsələnin həlli istiqamətində qurumlara müraciət edib: "Elektron siqaretlə və digər bu kimi hallarla mübarizə üçün mən qurumlara müraciət edirəm ki, birgə işlər görülsün, problemin aradan qaldırılması üçün yollar axtarılsın. Eyni zamanda, tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı da ciddi və problemli məsələdir".Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərin ətrafında tütün məhsullarının satılması siqaretə aludə olan şagirdlərin yaşının ili-ildən aşağı düşməsinə səbəb olur. Ekspert deyir ki, əvvəllər bu yaş 16-17 idisə, hazırda 13-14 yaşa enib: "Qanunda da göstərilib ki, belə obyektlər təhsil müəssisələrinin ətgrafında yerləşməməlidir. Çünki, şagirdlər dərsə gedəndə, yaxud dərsdən çıxanda, eləcə də dərs arasında tütün məhsullarından alıb istifadə edə bilərlər. Bu mənada uşaqlar böyüklərdən də pis nümunə götürə bilər".Ekspert bildirir ki, enerji içkilərinin də məktəblərin ətrafında satılması yolverilməzdir: "Enerji içkiləri satılan obyektlərin məktəblərin bilavasitə yaxınlığında olması həm tədris prosesinin özünə, həm də uşaqların formalaşmasına mənfi təsir göstərir. Eyni zamanda, məktəblərin ətrafında tütün və spirtli içkilərin satışı qadağan olunmalıdır. Xüsusilə məktəb rəhbərliyi bu kimi problemləri dərhal aradan qaldırmalıdır".K. Əsədovun sözlərinə görə, "Tütün və tütün məmulatları haqqında" qanunun 15.5. maddəsində bu məqam qeyd edilib:" Qanunda göstərilib ki, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. "Uşaq hüquqları haqqında" qanuna edilən son dəyişikliklə alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması qadağan edilib. Buna baxmayaraq qanuna əməl edilmir".Millət vəkili Rüfət Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunvericiliklə tütün məhsullarının müəyyən ərazilərdə satışı qadağan edilib: ""Tütün məmulatları haqqında"15.5-ci maddəsinə əsasən təhsil, tərbiyyə, səhiyyə, müəssisələrinin, mədəniyyət obyektlərinin yaxınlığında tütün məmulatlarının satışına icazə verilmir. "Reklam haqqında" qanunda isə bu daha sərt formadadır. Təhsil və mədəniyyət obyektlərinin 100-metrədək yaxınlığında heç bir tütün məhsulunun reklamına icazə vermir. Buna qarşı İnzibati Xətalar Məcəlləsinin 36.2 maddəsi ilə cərimə də nəzərdə tutulub. Göründüyü kimi qanunda buna qarşı qəti qadağa və cərimələr də var. Ona görə də təhsil idarəsi rəhbərliyinin çağırışına mən də qoşuluram. Əgər qanunun müvafiq tələblərinə əməl edilmirsə, qanunu pozanlar cəzalandırılmalıdır. Çünki, qanun alidir. Hər kəs qanunun tələbinə əməl etməlidir".Məlumat üçün bildirək ki, rəsmi statistikaya görə, Azərbaycand siqaret çəkənlərin 0.2 faizi 15-19 yaşda, 13.4 faizi 20-44 yaşda, 21.7 faizi 45-64 yaşda, 30.5 faizi 65 yaşdan yuxarı olan şəxslərdir. 15-19 yaşlılar 1.8 il, 20-44 yaşlılar 10.1 il, 45-64 yaşlılar 21.7 il, 65 yaşlılar isə 30.5 il siqaret çəkir. 15-19 yaşlılar gündəlik olaraq orta sayla 9.5, 20-44 yaşlılar 13.9, 45-64 yaşlılar 15.5, 65 yaşdan yuxarı olan şəxslər isə 15.4 ədəd siqaret çəkirlər."Tobacco Atlas"-ın (https://tobaccoatlas.org/country/azerbaijan/) Azərbaycanla bağlı bir neçə il öncə açıqladığı hesabata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Hesabatda qeyd edilir ki, 10-14 yaşlı 8 min uşaq, 1373000 yeniyetmə siqaretdən, tütündən istifadə edir.Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məktəb yaşlı şagirdlərin siqaretə aludə olması ciddi problemdir. Onun sözlərinə görə, qanun sərtləşdirilsə də, məktəblilərə siqaret və alkoqollu içkilər satılır: "Belə ticarət obyektləri təhsil müəssisələrindən kənarda olmalıdır. Amma qanunlara məhəl qoyulmur. Bu günlərdə bu problemi mən Azərbaycan Ombudsmanının da diqqətinə çatdırmışam. İstehlakçı Hüquqları haqqında qanun 1995-ci ildə qəbul edilib. Qanun köhnəldiyindən yenidən qəbuluna ehtiyac var".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1b/441471524_89:0:2820:2048_1920x0_80_0_0_091e36db356e445852c9fad8ec2cfbce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəbli, siqaret, alkoqol
məktəbli, siqaret, alkoqol
SOS: Məktəblilər arasında siqaretə və alkoqola aludəçilik artıb
09:31 21.10.2022 (Yenilənib: 17:11 24.10.2022) Millət vəkili Rüfət Quliyev bildirib ki, qanun təhsil və mədəniyyət obyektlərinin 100-metrədək yaxınlığında heç bir tütün məhsulunun reklamına icazə vermir. Ona görə, qanunu pozanlar cəzalandırılmalıdır.
BAKI, 21 oktyabr — Sputnik. Ümumtəhsil müəssisələrinin ətrafında fəaliyyət göstərən tütün və alkoqol məhsulları satışını həyata keçirən ticarət obyektləri ilə bağlı məsələ dəfələrlə ciddi tənqid edilsə də, bu hal hələ də davam edir. Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq" mövzusunda keçirilən konfransda bu problemə toxunub. Bildirib ki, tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı ciddi və problemli məsələdir".
İdarə rəhbəri qeyd edib ki, o bu məsələnin həlli istiqamətində qurumlara müraciət edib: "Elektron siqaretlə və digər bu kimi hallarla mübarizə üçün mən qurumlara müraciət edirəm ki, birgə işlər görülsün, problemin aradan qaldırılması üçün yollar axtarılsın. Eyni zamanda, tütün və alkoqol məhsullarının məktəblərə yaxın yerlərdə satışı da ciddi və problemli məsələdir".
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərin ətrafında tütün məhsullarının satılması siqaretə aludə olan şagirdlərin yaşının ili-ildən aşağı düşməsinə səbəb olur. Ekspert deyir ki, əvvəllər bu yaş 16-17 idisə, hazırda 13-14 yaşa enib: "Qanunda da göstərilib ki, belə obyektlər təhsil müəssisələrinin ətgrafında yerləşməməlidir. Çünki, şagirdlər dərsə gedəndə, yaxud dərsdən çıxanda, eləcə də dərs arasında tütün məhsullarından alıb istifadə edə bilərlər. Bu mənada uşaqlar böyüklərdən də pis nümunə götürə bilər".
Ekspert bildirir ki, enerji içkilərinin də məktəblərin ətrafında satılması yolverilməzdir: "Enerji içkiləri satılan obyektlərin məktəblərin bilavasitə yaxınlığında olması həm tədris prosesinin özünə, həm də uşaqların formalaşmasına mənfi təsir göstərir. Eyni zamanda, məktəblərin ətrafında tütün və spirtli içkilərin satışı qadağan olunmalıdır. Xüsusilə məktəb rəhbərliyi bu kimi problemləri dərhal aradan qaldırmalıdır".
K. Əsədovun sözlərinə görə, "Tütün və tütün məmulatları haqqında" qanunun 15.5. maddəsində bu məqam qeyd edilib:" Qanunda göstərilib ki, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. "Uşaq hüquqları haqqında" qanuna edilən son dəyişikliklə alkoqollu və energetik içkilərin, tütün məmulatlarının uşaqlara satılması qadağan edilib. Buna baxmayaraq qanuna əməl edilmir".
Millət vəkili Rüfət Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunvericiliklə tütün məhsullarının müəyyən ərazilərdə satışı qadağan edilib:
""Tütün məmulatları haqqında"15.5-ci maddəsinə əsasən təhsil, tərbiyyə, səhiyyə, müəssisələrinin, mədəniyyət obyektlərinin yaxınlığında tütün məmulatlarının satışına icazə verilmir. "Reklam haqqında" qanunda isə bu daha sərt formadadır. Təhsil və mədəniyyət obyektlərinin 100-metrədək yaxınlığında heç bir tütün məhsulunun reklamına icazə vermir. Buna qarşı İnzibati Xətalar Məcəlləsinin 36.2 maddəsi ilə cərimə də nəzərdə tutulub. Göründüyü kimi qanunda buna qarşı qəti qadağa və cərimələr də var. Ona görə də təhsil idarəsi rəhbərliyinin çağırışına mən də qoşuluram. Əgər qanunun müvafiq tələblərinə əməl edilmirsə, qanunu pozanlar cəzalandırılmalıdır. Çünki, qanun alidir. Hər kəs qanunun tələbinə əməl etməlidir".
Məlumat üçün bildirək ki, rəsmi statistikaya görə, Azərbaycand siqaret çəkənlərin 0.2 faizi 15-19 yaşda, 13.4 faizi 20-44 yaşda, 21.7 faizi 45-64 yaşda, 30.5 faizi 65 yaşdan yuxarı olan şəxslərdir. 15-19 yaşlılar 1.8 il, 20-44 yaşlılar 10.1 il, 45-64 yaşlılar 21.7 il, 65 yaşlılar isə 30.5 il siqaret çəkir. 15-19 yaşlılar gündəlik olaraq orta sayla 9.5, 20-44 yaşlılar 13.9, 45-64 yaşlılar 15.5, 65 yaşdan yuxarı olan şəxslər isə 15.4 ədəd siqaret çəkirlər.
"Tobacco Atlas"-ın (https://tobaccoatlas.org/country/azerbaijan/) Azərbaycanla bağlı bir neçə il öncə açıqladığı hesabata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Hesabatda qeyd edilir ki, 10-14 yaşlı 8 min uşaq, 1373000 yeniyetmə siqaretdən, tütündən istifadə edir.
Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məktəb yaşlı şagirdlərin siqaretə aludə olması ciddi problemdir. Onun sözlərinə görə, qanun sərtləşdirilsə də, məktəblilərə siqaret və alkoqollu içkilər satılır: "Belə ticarət obyektləri təhsil müəssisələrindən kənarda olmalıdır. Amma qanunlara məhəl qoyulmur. Bu günlərdə bu problemi mən Azərbaycan Ombudsmanının da diqqətinə çatdırmışam. İstehlakçı Hüquqları haqqında qanun 1995-ci ildə qəbul edilib. Qanun köhnəldiyindən yenidən qəbuluna ehtiyac var".