DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mario Draqi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq etdi

© AP Photo / Natacha PisarenkoMario Draqi, arxiv şəkli
Mario Draqi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
İtaliyanın istefaya göndərilmiş baş naziri bildirib ki, Aİ iqtisadiyyatı tənəzzül edir, bazar isə parçalanıb, bu da ittifaq ölkələrinin birliyinə mənfi təsir göstərir.
BAKI, 21 oktyabr — Sputnik. İtaliyanın istefaya göndərilmiş baş naziri Mario Draqi Brüsseldə keçirilən sammitdə Avropa ölkələrinin liderlərinə deyib ki, ittifaq dövlətləri daxilində parçalanmalar Rusiya prezidenti Vladimir Putinin qələbəsi olacaq.
Bu barədə"Bloomberg" agentliyi məlumat yayıb.
Məlumatlı mənbə bildirib ki, Draqinin çıxışı açıq və tutqun tonda davam edib. Draqi iddia edib ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiya liderini maliyyələşdirir: "Aİ iqtisadiyyatı tənəzzül edir, bazar isə parçalanıb. Bu da ittifaq ölkələrinin birliyinə mənfi təsir göstərir".
Draqi deyib ki, Aİ ölkələri birlik nümayiş etdirməsə, Putin qalib gələcək.
Cümə axşamı İtaliya diplomatik mənbələri Draqinin sammitdə enerji qiymətlərini məhdudlaşdırmaq və təkcə investisiya üçün deyil, həm də qiymət artımlarını azaltmaq üçün istifadə edilə bilən vahid ümumi fond yaratmaq üçün təcili tədbirlərin görülməsi zərurətindən danışdığını bildirib.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0