https://sputnik.az/20221021/hamilelik-zamani-fast-food-qidalanmalar-usaqlarda-hansi-fesadlara-yol-aca-biler---sn-447715944.html
Hamiləlik zamanı "fast-food" qidalanmalar uşaqlarda hansı fəsadlara yol aça bilər? - SN
Hamiləlik zamanı "fast-food" qidalanmalar uşaqlarda hansı fəsadlara yol aça bilər? - SN
Sputnik Azərbaycan
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, allergiyanın dəri formalarına qızartı, qaşınma və müxtəlif ölçülü səpkilər, atopik dermatit aid edilir 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T20:49+0400
2022-10-21T20:49+0400
2022-10-21T20:49+0400
hamilə
səhiyyə
qadın
allergen
qaşınma
uşaq
fast-food
https://cdnn1.img.sputnik.az/img/42343/30/423433036_0:0:1920:1080_1920x0_80_0_0_d95429cff68da125bce9c4f86a657c93.jpg
BAKI, 21 oktyabr — Sputnik. Allergik xəstəliklərə hər yaş qrupunda rast gəlmək mümkündür. Son vaxtlar bu xəstəliyə daha çox yenidoğulan uşaqlarda təsadüf olunur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tahirə Pənahova bildirib.Onun sözlərinə görə, buna səbəb kimi anaların hamiləlik müddətində qeyri-sağlam qidalanmaları ("fast-food" məhsullarından tez-tez istifadə), kosmetik və kimyəvi yuyucu vasitələrdən istifadə etməsidir. Həkim bundan əlavə, yumşaq oyuncaqların körpələrdə allergiyanın yaranmasında mühüm rol oynadığını da söyləyib.T.Pənahova vurğulayıb ki, klinik formasından asılı olaraq, allergiya müxtəlif formalarda özünü göstərir. Onun sözlərinə görə, tənəffüs allergiyasına mövsümü və ilboyu davam edən allergik rinit, rinosinusit, traxeobronxit və ən ağır növü hesab olunan bronxial astma daxildir:Mütəxəssis qeyd edib ki, allergiyanın dəri formalarına qızartı, qaşınma və müxtəlif ölçülü səpgilər, atopik dermatit aid edilir.Nazirlik sözçüsü onu da vurğulayıb ki, həzm sistemində olan zədələnmələr, qida və dərman qəbulu nəticəsində yaranan allergiyaların əlamətlərinə isə ürəkbulanma, ishal, ağız boşluğunun selikli qişasının şişməsi, qarında ağrılar, gəyirmə və mədə qıcqırması daxildir:"Anafilaktik şok allergen maddənin (dərman preparatları, böcək zəhərləri və həşarət dişləməsi, qan preparatları, məişət-kimya məhsulları) orqanizmə düşməsi nəticəsində yaranan ən ağır allergik reaksiyadır. Anafilaktik şokun əlamətlərinə nəfəsalmanın çətinləşməsi, bədənin səpgilərlə örtülməsi, özündən getmə, bronxlarda spazm daxildir. Bu vəziyyət çox təhlükəlidir və təxirəsalınmaz tibbi yardım tələb edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42343/30/423433036_142:0:1817:1256_1920x0_80_0_0_6609726904ccf541389e2bf156ee8c72.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hamilə, qadın, allergen, qaşınma, uşaq, fast-food
hamilə, qadın, allergen, qaşınma, uşaq, fast-food
Hamiləlik zamanı "fast-food" qidalanmalar uşaqlarda hansı fəsadlara yol aça bilər? - SN
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, allergiyanın dəri formalarına qızartı, qaşınma və müxtəlif ölçülü səpkilər, atopik dermatit aid edilir
BAKI, 21 oktyabr — Sputnik. Allergik xəstəliklərə hər yaş qrupunda rast gəlmək mümkündür. Son vaxtlar bu xəstəliyə daha çox yenidoğulan uşaqlarda təsadüf olunur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tahirə Pənahova bildirib.
Onun sözlərinə görə, buna səbəb kimi anaların hamiləlik müddətində qeyri-sağlam qidalanmaları ("fast-food" məhsullarından tez-tez istifadə), kosmetik və kimyəvi yuyucu vasitələrdən istifadə etməsidir. Həkim bundan əlavə, yumşaq oyuncaqların körpələrdə allergiyanın yaranmasında mühüm rol oynadığını da söyləyib.
T.Pənahova vurğulayıb ki, klinik formasından asılı olaraq, allergiya müxtəlif formalarda özünü göstərir. Onun sözlərinə görə, tənəffüs allergiyasına mövsümü və ilboyu davam edən allergik rinit, rinosinusit, traxeobronxit və ən ağır növü hesab olunan bronxial astma daxildir:
"Respirator allergiya zamanı uşaqlarda burunda qaşınma, asqırma, burun axması, gözlərin yaşarması, güclü öskürək (tutma şəkilli, boğucu), ciyərlərdə xışıltılı, fitverici tənəffüs, nəfəs almanın çətinləşməsi, boğulma ola bilər".
Mütəxəssis qeyd edib ki, allergiyanın dəri formalarına qızartı, qaşınma və müxtəlif ölçülü səpgilər, atopik dermatit aid edilir.
Nazirlik sözçüsü onu da vurğulayıb ki, həzm sistemində olan zədələnmələr, qida və dərman qəbulu nəticəsində yaranan allergiyaların əlamətlərinə isə ürəkbulanma, ishal, ağız boşluğunun selikli qişasının şişməsi, qarında ağrılar, gəyirmə və mədə qıcqırması daxildir:
"Anafilaktik şok allergen maddənin (dərman preparatları, böcək zəhərləri və həşarət dişləməsi, qan preparatları, məişət-kimya məhsulları) orqanizmə düşməsi nəticəsində yaranan ən ağır allergik reaksiyadır. Anafilaktik şokun əlamətlərinə nəfəsalmanın çətinləşməsi, bədənin səpgilərlə örtülməsi, özündən getmə, bronxlarda spazm daxildir. Bu vəziyyət çox təhlükəlidir və təxirəsalınmaz tibbi yardım tələb edir".