https://sputnik.az/20221021/erdoganin-zengilan-seferi-fransa-ve-ran-ucun-soyuq-dus-effekti-yaradib---deputat-447717914.html
Ərdoğanın Zəngilan səfəri Fransa və İran üçün soyuq duş effekti yaradıb - deputat
Ərdoğanın Zəngilan səfəri Fransa və İran üçün soyuq duş effekti yaradıb - deputat
Sputnik Azərbaycan
Deputat Fəzail Ağamalı deyib ki, hər iki dövlətin birgə fəaliyyəti regiona, Türk dünyasına özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T13:45+0400
2022-10-21T13:45+0400
2022-10-21T13:48+0400
rəcəb tayyip ərdoğan
siyasət
fəzail ağamalı
millət vəkili fəzail ağamalı
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447693773_0:167:3046:1880_1920x0_80_0_0_a33359370037fd0fea6a3eb41e0a7c32.jpg
BAKI, 21 oktyabr-Sputnik. "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə dünən Zəngilanda hava limanın açılışında iştirakı əhəmiyyətli hadisə idi".Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.Fəzail Ağamalı bildirib ki, tədbir zamanı Türkiyə dövlət başçısı olduqca ciddi mahiyyət kəsb edən açıqlamalar verdi, ATƏT-in, Avropa Şurasının mahiyyəti üzərində dayandı və 30 ildə viran qalan torpağa onların gəlməməsini qınadı, xüsusi olaraq Azərbaycanla bir yerdə olduğunu vurğuladı:"Bu, onu göstərdi ki, Türkiyə Prezidenti Ərdoğan və Türkiyə xalqı hər zaman Azərbaycanla birlikdədir. Onun Zəngəzurla bağlı mesajları da əslində bu layihənin əleyhinə olanların qarşısında Türkiyə dövlətinin iradəsinin də olduğunu bir daha bəyan etdi. Bu səfər bir daha göstərdi ki, qardaş Türkiyə xalqı Azərbaycanla birlikdə olacaq. Hər iki dövlətin birgə fəaliyyəti regiona, Türk dünyasına özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Bu, bir daha onu göstərdi ki, 44 günlük müharibədə olduğu kimi Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq. Bundan başqa, Ərdoğanın bu tədbirdə iştirakının görüntüsü həm Fransa, həm də İran üçün soyuq duş effekti yaratdı".Xatırladaq ki, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.Bildirilib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.bject: Deputat: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447693773_159:0:2888:2047_1920x0_80_0_0_6da967001a5b9fcdd2e14a42718d5900.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rəcəb tayyip ərdoğan, fəzail ağamalı, millət vəkili fəzail ağamalı
rəcəb tayyip ərdoğan, fəzail ağamalı, millət vəkili fəzail ağamalı
Ərdoğanın Zəngilan səfəri Fransa və İran üçün soyuq duş effekti yaradıb - deputat
13:45 21.10.2022 (Yenilənib: 13:48 21.10.2022) Deputat Fəzail Ağamalı deyib ki, hər iki dövlətin birgə fəaliyyəti regiona, Türk dünyasına özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək.
BAKI, 21 oktyabr-Sputnik. "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə dünən Zəngilanda hava limanın açılışında iştirakı əhəmiyyətli hadisə idi".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı bildirib ki, tədbir zamanı Türkiyə dövlət başçısı olduqca ciddi mahiyyət kəsb edən açıqlamalar verdi, ATƏT-in, Avropa Şurasının mahiyyəti üzərində dayandı və 30 ildə viran qalan torpağa onların gəlməməsini qınadı, xüsusi olaraq Azərbaycanla bir yerdə olduğunu vurğuladı:
"Bu, onu göstərdi ki, Türkiyə Prezidenti Ərdoğan və Türkiyə xalqı hər zaman Azərbaycanla birlikdədir. Onun Zəngəzurla bağlı mesajları da əslində bu layihənin əleyhinə olanların qarşısında Türkiyə dövlətinin iradəsinin də olduğunu bir daha bəyan etdi. Bu səfər bir daha göstərdi ki, qardaş Türkiyə xalqı Azərbaycanla birlikdə olacaq. Hər iki dövlətin birgə fəaliyyəti regiona, Türk dünyasına özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Bu, bir daha onu göstərdi ki, 44 günlük müharibədə olduğu kimi Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq. Bundan başqa, Ərdoğanın bu tədbirdə iştirakının görüntüsü həm Fransa, həm də İran üçün soyuq duş effekti yaratdı".
Xatırladaq ki, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Bildirilib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur. Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.
Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.bject: Deputat: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq