SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan: Putin yumşaq mövqe nümayiş etdirir və danışıqlara açıqdır

© Sputnik / POOL / Mediabanka keçidTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
Türkiyə Prezidentinin sözlərinə görə, Rusiya lideri Vladimir Putin əvvəlki zamanla müqayisədə xeyli yumşaq mövqe nümayiş etdirir və danışıqlara açıqdır.
BAKI, 21 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Rusiya və Ukrayna liderləri, Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı olacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, danışıq zamanı iki liderin Türkiyənin vasitəçiliyi ilə görüşünün təşkil olunmasının mümkün olub-olmaması müzakirə olunacaq.
Ərdoğanın sözlərinə görə, Rusiya lideri Vladimir Putin əvvəlki zamanla müqayisədə xeyli yumşaq mövqe nümayiş etdirir və danışıqlara açıqdır. Türkiyə Prezidenti ukraynalı həmkarı Zelenskinin də məsələ ilə bağlı yanaşmasında bir problemin olmadığını vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı hələlik planda yoxdur. Amma lazım gələrsə, dərhal razılaşdırıla bilər.
“Ərdoğanla telefon danışığına gəlincə, bu, hələ ki, qrafikdə deyil, lakin onlar tez-tez danışırlar və danışıqlar bəzən bir neçə saat ərzində razılaşdırılır”, – deyə Peskov jurnalistlərin Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən deyib.
Xəbər lenti
0