Binəli Yıldırım, mühafizəçisi və Şamil Ayrım Türkiyəyə yola salınıb
14:58 21.10.2022 (Yenilənib: 15:07 21.10.2022)
© AP Photo / Lefteris PitarakisBinəli Yıldırım, arxiv şəkli
© AP Photo / Lefteris Pitarakis
Abunə olmaq
Türkiyə səfiri Cahit Bağçı Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhanı ziyarət etdiyi üçün İlham Əliyevə təşəkkür edib.
BAKI, 21 oktyabr — Sputnik. AK Parti sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb. Bunu Türkiyə səfiri Cahit Bağçı "Twitter"də yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Cənab Prezident İlham Əliyev Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan qardaşımıza klinikada baş çəkib. Diqqətinə görə cənab Prezidentə çox təşəkkür edirəm. Var olsun".
Cenab Prezident İlham Aliyev
— Cahit Bağcı (@cahitbagci) October 21, 2022
Sayın Başbakanımız Binali Yıldırım,Mlv.Şamil Ayrım beyi ve Koruma Oğuzhan kardeşimizi hastanede ziyaret etmiştir.
Yakın ilgisi ve takibi nedeniyle sayın Cumhurbaşkanına çok teşekkür ediyoruz. Varolsun.
Hastalarımızın durumu iyi.
Türkiyeye uğurladık. pic.twitter.com/I2fDqkRXNB
Səfir hər üç şəxsin vəziyyətinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdirilmişdilər.