Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

© AR Ministry of DefenceAnkarada Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində dinamik inkişafın istiqamətləri müzakirə olunub
Ankarada Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində dinamik inkişafın istiqamətləri müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
Ankarada baş tutan görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq və dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatının nümayəndələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə yeni təyin olunmuş ordu generalı Atilla Gülan arasında görüş keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ankarada keçirilən görüşdə Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
© AR Ministry of DefenceAnkarada Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində dinamik inkişafın istiqamətləri müzakirə olunub
Ankarada Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində dinamik inkişafın istiqamətləri müzakirə olunub - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Ankarada Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində dinamik inkişafın istiqamətləri müzakirə olunub
Hərbi attaşe polkovnik Müşfiq Məmmədov 44 günlük Vətən Müharibəsi və işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli quruculuq işləri barəsində ordu generalı Atilla Gülana ətraflı məlumat verib.
Vətən müharibəsində qazanılmış parlaq Qələbənin regionda yeni reallıqlar yaratdığını, dayanıqlı sülh və sabitlik üçün əlverişli şəraitin formalaşdığını, post-münaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması üçün mövcud vəziyyəti diqqətə çatdıran hərbi attaşe Azərbaycanın sülhsevər mövqeyi və atdığı addımlardan, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən bəhs edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq və dostluq üzərində qurulduğu xüsusi vurğulanıb. Hər iki ölkə arasında müdafiə sahəsində işçi əlaqələrin və əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.
Xəbər lenti
0