https://sputnik.az/20221021/azerbaycanda-ve-dunya-bazarinda-neftin-qiymeti-deyisib-447704087.html
Azərbaycanda və dünya bazarında neftin qiyməti dəyişib
Azərbaycanda və dünya bazarında neftin qiyməti dəyişib
Sputnik Azərbaycan
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3,05% artaraq 96,12 ABŞ dolları təşkil edib. Dünya bazarında da neftin qiyməti artıb. 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T10:33+0400
2022-10-21T10:33+0400
2022-10-21T10:48+0400
neft-qaz
neft
"azəri-çıraq-günəşli" (açg) yataqlar bloku
azəri-çıraq-günəşli yataqlar bloku
brent
azeri light markalı neft
"azeri light"
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299004_0:0:3071:1728_1920x0_80_0_0_45fd4804537e9d91db9b7e551ec5d65c.jpg
BAKI, 21 oktyabr — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 3,05% artaraq 96,12 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda "Brent" markalı neftin oktyabr fyuçersləri 85,98 ABŞ dollara satılıb.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.Dünya bazarında da neftin qiyməti artıb. Belə ki, təklifin məhdudluğu fonunda dünya bazarında neft qiymətləri cüzi artıb. Bununla belə, qlobal iqtisadi tənəzzül gözləntiləri qiymət artımının davam etmə potensialını azaldır.Şimal dənizində hasil olunan "Brent" neftinin dekabr fyuçersləri 0,63% bahalaşaraq 1 bareli 92,96 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,69% artaraq 1 bareli 85,09 ABŞ dolları təşkil edib.İnvestorlar bazarın əsas amillərini qiymətləndirməyə davam edirlər. Treyderlərin əsas diqqəti neftə olan tələbə mənfi təsir göstərə biləcək qlobal tənəzzül risklərinə yönəlib.Gün ərzində "Baker Hughes" şirkəti ABŞ-da aktiv neft buruqlarının sayı haqqında məlumatları açıqlayacaq. Oktyabrın 14-dək olan həftə ərzində onların sayının 8 ədəd artaraq 610 ədədə çatdığı bildirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299004_221:0:2952:2048_1920x0_80_0_0_e35f1fe860d5220fab64806e29084ec5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, azəri-çıraq-günəşli yataqlar bloku, brent, azeri light markalı neft, "azeri light"
neft, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, azəri-çıraq-günəşli yataqlar bloku, brent, azeri light markalı neft, "azeri light"
Azərbaycanda və dünya bazarında neftin qiyməti dəyişib
10:33 21.10.2022 (Yenilənib: 10:48 21.10.2022) Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3,05% artaraq 96,12 ABŞ dolları təşkil edib. Dünya bazarında da neftin qiyməti artıb.
BAKI, 21 oktyabr — Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,85 ABŞ dolları, yaxud 3,05% artaraq 96,12 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda "Brent" markalı neftin oktyabr fyuçersləri 85,98 ABŞ dollara satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Dünya bazarında da neftin qiyməti artıb. Belə ki, təklifin məhdudluğu fonunda dünya bazarında neft qiymətləri cüzi artıb. Bununla belə, qlobal iqtisadi tənəzzül gözləntiləri qiymət artımının davam etmə potensialını azaldır.
Şimal dənizində hasil olunan "Brent" neftinin dekabr fyuçersləri 0,63% bahalaşaraq 1 bareli 92,96 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,69% artaraq 1 bareli 85,09 ABŞ dolları təşkil edib.
İnvestorlar bazarın əsas amillərini qiymətləndirməyə davam edirlər. Treyderlərin əsas diqqəti neftə olan tələbə mənfi təsir göstərə biləcək qlobal tənəzzül risklərinə yönəlib.
Gün ərzində "Baker Hughes" şirkəti ABŞ-da aktiv neft buruqlarının sayı haqqında məlumatları açıqlayacaq. Oktyabrın 14-dək olan həftə ərzində onların sayının 8 ədəd artaraq 610 ədədə çatdığı bildirilir.