https://sputnik.az/20221021/azerbaycan-ve-elcezair-diplomatik-pasportlara-malik-sexsleri-viza-telebinden-azad-edir-447715514.html
Azərbaycan və Əlcəzair diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir
Azərbaycan və Əlcəzair diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir
Sputnik Azərbaycan
Milli Məclis Azərbaycan və Serbiya arasında sosial təminat haqda Sazişi də ratifikasiya edib. 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T16:31+0400
2022-10-21T16:31+0400
2022-10-21T16:31+0400
əlcəzair
siyasət
viza
https://cdnn1.img.sputnik.az/img/07e6/08/09/444839035_0:254:2464:1640_1920x0_80_0_0_b39aaaad81244307fbc3c4c87e2e1113.jpg
BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara malik şəxsləri viza tələbindən azad edir.Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi layihəsi müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında" Saziş 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanıb.Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" Sazişin təsdiq edilməsi məsələsinə də baxılıb.Layihədə bu Sazişin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə, həmçinin pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi hallarına şamil olunmadığı əksini tapıb.Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" sənəd 2022-ci il aprelin 7-də imzalanıb. Saziş qeyri-müəyyən müddətə bağlanıb.Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/09/444839035_220:0:2407:1640_1920x0_80_0_0_0635a56f0d8318ec5716b59c2690dd54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əlcəzair, viza
Azərbaycan və Əlcəzair diplomatik pasportlara malik şəxsləri viza tələbindən azad edir
Milli Məclis Azərbaycan və Serbiya arasında sosial təminat haqda Sazişi də ratifikasiya edib.
BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara malik şəxsləri viza tələbindən azad edir.
Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında" Saziş 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanıb.
Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" Sazişin təsdiq edilməsi məsələsinə də baxılıb.
Layihədə bu Sazişin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə, həmçinin pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi hallarına şamil olunmadığı əksini tapıb.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" sənəd 2022-ci il aprelin 7-də imzalanıb. Saziş qeyri-müəyyən müddətə bağlanıb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.