DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa Parlamentinin rəhbəri ittifaqın borclarından danışdı

© AFP 2024 / PATRICK HERTZOGRoberta Metsola
Roberta Metsola - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
AP rəhbəri güclü iqtisadi artıma qayıdışı təşviq etmək üçün qiymətləri azaltmağın zəruriliyini bəyan edib.
BAKI, 21 oktyabr — Sputnik. Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Avropa İttifaqının borcları, Aİ büdcəsinə yenidən baxılması və iqtisadi artım impulsunun zəruriliyi barədə məlumat verib.
"Pandemiya zamanı biz öz resurslarımızdan istifadə etməklə ödəməli olacağımız borclar yaratdıq və bildiyimiz kimi, bunları qaytarmaq üçün imkanlarımız yetərli deyil. İqtisadiyyatımızın inkişaf etməsi üçün borclara görə daha çox işləmək, daha çox kəsir yaratmamaq tələb olunur. Bu, inkişafın yeganə çıxış yoludur", - deyə Metsola Brüsseldə keçirilən Avropa İttifaqı sammitində Aİ liderləri qarşısında ənənəvi çıxışında deyib.
AP rəhbəri güclü iqtisadi artıma qayıdışı təşviq etmək üçün qiymətləri azaltmağın zəruriliyini bəyan edib.

"Biz qarşılaşdığımız böhranların sosial və iqtisadi təsirini məhz bu şəkildə yüngülləşdirə və diqqəti ən həssas vətəndaşlara yönəldə bilərik", - deyə AP sədri əlavə edib.

Onun sözlərinə görə, Avropa iqtisadiyyatının bu impulsa ehtiyacı var.
"Bu, təkcə rifah məsələsi deyil, həm də təhlükəsizlik məsələsidir. Bu, həm də Aİ büdcəsinə yenidən baxılması deməkdir. Yeni çoxillik maliyyə planı (Aİ-nin 2021-2027-ci illər üçün büdcəsi - İF) artıq bir çox problemlərlə qarşılaşıb. Yeni prioritetləri maliyyələşdirmək üçün kifayət qədər resurs və çeviklik yoxdur", - deyə Metsola bildirib.
O qeyd edib ki, büdcədənkənar həllər insanlara öz seçilmiş nümayəndələrindən gözlədikləri cavabları verməyəcək. Siyasi reallıqların bilinməsinə və başa düşülməsinə baxmayaraq, çoxillik maliyyə planı zamanın sınağına tab gətirməli və inteqrasiya olunmuş çevikliyə malik olmalıdır.
"Yaranan ehtiyaclara və yeni prioritetlərə cavab vermək üçün lazım olan yerlərdə qiymət hədləri qaldırılmalıdır. Biz Ukraynaya humanitar yardım göstərmək, qlobal ərzaq böhranını həll etmək, təbii fəlakətlərin öhdəsindən gəlmək və enerji, müdafiə və strateji muxtariyyət sahəsində iddialı siyasətimizi maliyyələşdirmək üçün pul toplamağa çalışırıq. Ukraynanın bərpası üçün lazım olan yüzlərlə milyardı hesaba qatmırıq", - deyə Avropa Parlamentinin sədri bildirib.
"Aİ büdcəsində olan məhdud pulu bu prioritetlərə xərcləmək əvəzinə, biz onu "NextGenerationEU" borcunu ödəmək üçün istifadə etməliyik (koronavirus pandemiyasının vurduğu ziyandan sonra Aİ iqtisadiyyatının bərpası üçün anti-böhran planı - IF), çünki biz öz yeni resurslarımız barədə razılığa gəlməmişik və artan faiz dərəcələri isə bizi planlaşdırdığımızdan daha çox pul ödəməyə məcbur edir. Bu, 2023-cü ildə əlavə 450 milyon avrodur", - deyə Metsola qeyd edib.
O qeyd edib ki, əgər faiz dərəcələri yüksək qalsa, "NextGenerationEU" borcunun ödənilməsi böhrana cavab imkanlarından tam istifadə etmək üçün maliyyə imkanlarını məhv edəcək və Aİ proqramlarını sarsıtmağa başlayacaq.
"Bizim qarşılaşdığımız problemlər bir-biri ilə bağlıdır", - deyə AP-nin rəhbəri əminliklə bildirib.
"Nəhəng addımları kiçik addımlarla əvəz etməyin vaxtı gəldi", - deyə o, Avropa liderlərinə çağırış edib. Onun fikrincə, "bu, elektrik enerjisinin bahalaşması, qaz tədarükünün azaldılması və ya inflyasiyanın hələ pik həddə çatmamış artması ilə mübarizədə yeganə yoldur".
Xəbər lenti
0