https://sputnik.az/20221021/abs-da-ukraynaya-silah-tedaruku-ile-bagli-ciddi-problemler-yaranib-447713126.html
ABŞ-da Ukraynaya silah tədarükü ilə bağlı ciddi problemlər yaranıb
ABŞ-da Ukraynaya silah tədarükü ilə bağlı ciddi problemlər yaranıb
Sputnik Azərbaycan
Maykl Makkol ABŞ-da hərbi potensialın azalması səbəbindən daxili problemlər yarandığını qeyd edib. 21.10.2022, Sputnik Azərbaycan
2022-10-21T22:26+0400
2022-10-21T22:26+0400
2022-10-21T22:26+0400
abş
dünya xəbərləri
ukrayna
silah
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446843576_0:162:3067:1887_1920x0_80_0_0_182dcb9b3ff017ee07b981a738600122.jpg
BAKI, 21 oktyabr — Sputnik. ABŞ-ın müdafiə təyinatlı məhsulların istehsalı standartlarına cavab verməsində ciddi problemlər var, lakin hakimiyyət dairələri bunu böyük səylə gizlədirlər. Bunu "Newsmax"a ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol bildirib."Məncə, hərbi sənaye bazamızın məhv edilməsi Vaşinqtonda bir növ sirdir. Sistem pozulub. Biz kifayət qədər sürətlə silah istehsal edə bilmirik", - deyə konqresmen bildirib.O qeyd edib ki, ABŞ-ın hərbi potensialının azalması və xaricdəki müttəfiqlərinin müdafiəsi ilə bağlı problemlər səbəbindən daxili problemlər də yaranıb.Makkol onu da bildirib ki, bu ölkə 3 ildir Tayvana silah tədarük etmir. "Borc" Ukraynaya münasibətdə də müşahidə olunur: yeni "HIMARS" artilleriya raket sistemləri yalnız bir neçə ildən sonra Kiyevə verilə bilər."Silah satışı məsələsi, yəqin ki, hazırda milli təhlükəsizliyimiz üçün ən böyük təhdiddir", - deyə konqresmen əlavə edib.Rusiyanın xüsusi əməliyyatı fonunda ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silah tədarükünü davam etdirir. Moskva dəfələrlə bildirib ki, Qərbin hərbi tədarükü yalnız münaqişəni uzadır, silah daşıyan nəqliyyat vasitələri isə Rusiya ordusu üçün qanuni hədəfə çevrilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446843576_168:0:2899:2048_1920x0_80_0_0_57312d9107bfdbb4edf525bd69324e49.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, ukrayna, silah
ABŞ-da Ukraynaya silah tədarükü ilə bağlı ciddi problemlər yaranıb
Maykl Makkol ABŞ-da hərbi potensialın azalması səbəbindən daxili problemlər yarandığını qeyd edib.
BAKI, 21 oktyabr — Sputnik. ABŞ-ın müdafiə təyinatlı məhsulların istehsalı standartlarına cavab verməsində ciddi problemlər var, lakin hakimiyyət dairələri bunu böyük səylə gizlədirlər. Bunu "Newsmax"a ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol bildirib.
"Məncə, hərbi sənaye bazamızın məhv edilməsi Vaşinqtonda bir növ sirdir. Sistem pozulub. Biz kifayət qədər sürətlə silah istehsal edə bilmirik", - deyə konqresmen bildirib.
O qeyd edib ki, ABŞ-ın hərbi potensialının azalması və xaricdəki müttəfiqlərinin müdafiəsi ilə bağlı problemlər səbəbindən daxili problemlər də yaranıb.
Makkol onu da bildirib ki, bu ölkə 3 ildir Tayvana silah tədarük etmir. "Borc" Ukraynaya münasibətdə də müşahidə olunur: yeni "HIMARS" artilleriya raket sistemləri yalnız bir neçə ildən sonra Kiyevə verilə bilər.
"Silah satışı məsələsi, yəqin ki, hazırda milli təhlükəsizliyimiz üçün ən böyük təhdiddir", - deyə konqresmen əlavə edib.
Rusiyanın xüsusi əməliyyatı fonunda ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silah tədarükünü davam etdirir. Moskva dəfələrlə bildirib ki, Qərbin hərbi tədarükü yalnız münaqişəni uzadır, silah daşıyan nəqliyyat vasitələri isə Rusiya ordusu üçün qanuni hədəfə çevrilir.