Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев и Президент Реджеп Тайип Эрдоган приняли участие в церемонии открытия Зангиланского международного аэропорта
Президент Ильхам Алиев и Президент Реджеп Тайип Эрдоган приняли участие в церемонии открытия Зангиланского международного аэропорта - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
© Official website of President of Azerbaijan RepublicZəngilan Beynəlxalq Hava Limanı
Zəngilan Beynəlxalq Hava Limanı - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Zəngilan Beynəlxalq Hava Limanı
Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
Xatırladaq ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Xəbər lenti
0