https://sputnik.az/20221020/yetkinlik-yasina-catmamis-qadinlarin-bosanmasi-ile-bagli-aciqlama-447664774.html
Yetkinlik yaşına çatmamış qadınların boşanması ilə bağlı açıqlama
Yetkinlik yaşına çatmamış qadınların boşanması ilə bağlı açıqlama
Sputnik Azərbaycan
Ədliyyə Nazirliyindən bildirilib ki, nikah yaşı azaldılmış və nikaha daxil olmuş 5 şəxsin (qadının) nikahı onlar 18 yaşına çatanadək pozulub. 20.10.2022, Sputnik Azərbaycan
2022-10-20T13:41+0400
2022-10-20T13:41+0400
2022-10-20T13:41+0400
boşanma
cəmiyyət
yetkinlik yaşına çatmayan
azərbaycan
qadın
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036434_0:113:3071:1840_1920x0_80_0_0_5588039576d04d67ad8e634998e6fdbc.jpg
BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.Qeyd edilib ki, ötən il ərzində yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən nikah yaşı azaldılmış və nikaha daxil olmuş 5 şəxsin (qadının) nikahı onlar 18 yaşına çatanadək pozulub. Onlardan 4 nəfərin nikahı məhkəmə qətnaməsinə əsasən, 1 nəfərin nikahı isə qarşılıqlı razılıq əsasında pozulub.Xatırladaq ki, Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsindəki məlumata görə, ötən il Azərbaycanda ümumilikdə 17191 boşanma qeydə alınıb.Ötən il 15-29 yaşda olan 3107 kişi boşanıb. Boşanan kişilərdən 2-si 18-19, 421-i 20-24, 2684-ü 25-29 yaşında olub. Ötən il 15-29 yaşda boşanan qadınların sayı 6642 olub. Onlardan 5-i 15-17, 175-i 18-19, 2207-si 20-24, 4255-i 25-29 yaşında olub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/64/423036434_280:0:3011:2048_1920x0_80_0_0_f163fc785744caec207bed6802b31e2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
boşanma, yetkinlik yaşına çatmayan, azərbaycan, qadın
boşanma, yetkinlik yaşına çatmayan, azərbaycan, qadın
Yetkinlik yaşına çatmamış qadınların boşanması ilə bağlı açıqlama
Ədliyyə Nazirliyindən bildirilib ki, nikah yaşı azaldılmış və nikaha daxil olmuş 5 şəxsin (qadının) nikahı onlar 18 yaşına çatanadək pozulub.
BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, ötən il ərzində yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən nikah yaşı azaldılmış və nikaha daxil olmuş 5 şəxsin (qadının) nikahı onlar 18 yaşına çatanadək pozulub. Onlardan 4 nəfərin nikahı məhkəmə qətnaməsinə əsasən, 1 nəfərin nikahı isə qarşılıqlı razılıq əsasında pozulub.
Xatırladaq ki, Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsindəki məlumata görə, ötən il Azərbaycanda ümumilikdə 17191 boşanma qeydə alınıb.
Ötən il 15-29 yaşda olan 3107 kişi boşanıb. Boşanan kişilərdən 2-si 18-19, 421-i 20-24, 2684-ü 25-29 yaşında olub. Ötən il 15-29 yaşda boşanan qadınların sayı 6642 olub. Onlardan 5-i 15-17, 175-i 18-19, 2207-si 20-24, 4255-i 25-29 yaşında olub.