https://sputnik.az/20221020/sagirdler-mektebe-bu-esyalari-getire-bilmezler-447689531.html
Şagirdlər məktəbə bu əşyaları gətirə bilməzlər
Şagirdlər məktəbə bu əşyaları gətirə bilməzlər
Sputnik Azərbaycan
Qaydalara görə, sağlamlıq problemləri olan şagirdlərə yemək və içmək ilə bağlı istisnalar tətbiq edilə bilər. 20.10.2022, Sputnik Azərbaycan
2022-10-20T22:34+0400
2022-10-20T22:34+0400
2022-10-20T22:34+0400
şagird
təhlil
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_0:0:3069:1726_1920x0_80_0_0_4f94f40794458f0729de69f32db280dd.jpg
BAKI, 20 oktyabr — Sputnik. Şagirdlər yalnız müəyyən edilmiş zaman və məkanda qidalanmalıdırlar. Buna baxmayaraq, dərs müddətində su içə bilərlər.Sputnik Azərbaycan-ın məlumatına görə, bu Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan və ictimai müzakirələrə çıxarılan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda öz əksini tapıb.Layihədə qeyd olunur ki, şagird dərs zamanı sinif otağını/tədris məkanını tərk etməməsi üçün özü ilə məktəbə su gətirməlidir. Sağlamlıq problemləri olan şagirdlərə yemək və içmək ilə bağlı istisnalar tətbiq edilə bilər.Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi bəndində göstərilir ki, qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və ya kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.Qaydalarda həmçinin bəzi əşyaların ümumi təhsil müəssisəsinə gətirilməsi qadağandır. Bura kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr daxildir. Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi isə qanuna əsasən müəyyənləşdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_338:0:3069:2048_1920x0_80_0_0_b8bc0c0dc64a89b5a65d1f6de8c775bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şagird
Şagirdlər məktəbə bu əşyaları gətirə bilməzlər
Qaydalara görə, sağlamlıq problemləri olan şagirdlərə yemək və içmək ilə bağlı istisnalar tətbiq edilə bilər.
BAKI, 20 oktyabr — Sputnik. Şagirdlər yalnız müəyyən edilmiş zaman və məkanda qidalanmalıdırlar. Buna baxmayaraq, dərs müddətində su içə bilərlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan və ictimai müzakirələrə çıxarılan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda öz əksini tapıb.
Layihədə qeyd olunur ki, şagird dərs zamanı sinif otağını/tədris məkanını tərk etməməsi üçün özü ilə məktəbə su gətirməlidir. Sağlamlıq problemləri olan şagirdlərə yemək və içmək ilə bağlı istisnalar tətbiq edilə bilər.
Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi bəndində göstərilir ki, qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və ya kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.
Qaydalarda həmçinin bəzi əşyaların ümumi təhsil müəssisəsinə gətirilməsi qadağandır. Bura kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr daxildir. Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi isə qanuna əsasən müəyyənləşdirilir.