Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Özbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib

© AR Ministry of DefenceÖzbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib
Özbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
General-leytenant B.Kurbanov HHQ-nin pilotsuz uçuş aparatları hərbi hissəsinə gələrək burada yaradılan şəraitlə tanış olub və döyüş vasitələrinin imkanları barədə məlumatlandırılıb.
BAKI, 20 oktyabr — Sputnik. Ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanov Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini, həmçinin Milli Müdafiə Universitetini ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaq onu müşayiət edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə birgə əvvəlcə HDQ-nin hərbi hissəsi ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla yad edib.
© AR Ministry of DefenceÖzbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib
Özbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Özbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib
Qonaqlara hərbi hissə haqqında ətraflı brifinq təqdim edildikdən sonra burada şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.
Yeməkxana, yataqxana, inzibati və xidməti otaqlar ziyarət edilib, hərbi hissənin silahları və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.
© AR Ministry of DefenceÖzbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib
Özbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Özbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib
Özbəkistan nümayəndə heyəti dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib.
Sonra general-leytenant B.Kurbanov HHQ-nin pilotsuz uçuş aparatları hərbi hissəsinə gələrək burada yaradılan şəraitlə tanış olub və döyüş vasitələrinin imkanları barədə məlumatlandırılıb.
Daha sonra qonaqlar Milli Müdafiə Universitetini ziyarət edib. Onlara Universitetin tarixi, fəaliyyəti və ümumilikdə hərbi təhsil sistemi ilə bağlı geniş brifinq təqdim olunub. Özbəkistan müdafiə naziri universitetin xatirə kitabına ürək sözlərini yazıb.
© AR Ministry of DefenceÖzbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib
Özbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Özbəkistanın müdafiə naziri Milli Müdafiə Universitetini ziyarət edib
Yekunda müasir avadanlıqlarla təchiz edilmiş simulyasiya mərkəzinə gələn qonaqlar burada hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, mərkəzin fəaliyyəti ilə bağlı onlara ətraflı məlumat verilib.
Xəbər lenti
0