Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda Tikinti həftəsi necə keçir

Abunə olmaq
Bakıda üç beynəlxalq tikinti sərgisi keçirilir. Yerli və xarici şirkətlərin sərgilərdə nə təqdim etdiyinə süjetimizdə baxın.
Bu il "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" - Rebuild Karabakh, "Tikinti" - BakuBuild "İstilik, havalandırma, kondisioner, su təchizatı, santexnika və hovuzlar" - Aquatherm Baku sərgiləri Bakı Ekspo Mərkəzində 17 ölkədən 300-dən çox şirkəti bir araya toplayıb.
Onlarda Rusiya, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və bir çox başqa ölkələrin milli və regional pavilyonları nümayiş etdirilir. Ekspozisiyanı ənənəvi olaraq burada biznes tərəfdaşları tapan minlərlə beynəlxalq mütəxəssis ziyarət edir.
Rusiya Federasiyası Çuvaşiya Respublikasının İxraca Dəstək Mərkəzinin rəhbəri Qriqori Danilov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Rusiyanın bu regionundan olan müəssisələr ikinci dəfədir ki, “Tikinti həftəsi”ndə iştirak edirlər.
"Azərbaycanda Çuvaşiya məhsullarına böyük maraq var. Ötən səfərimizin nəticəsində çoxmilyonluq müqavilələr imzalanıb", - Danilov əlavə edib.
Sərgidə həm yeni, həm də artıq özünü təsdiq etmiş yerli tikinti şirkətləri təqdim olunur. Onların arasında Qarabağda hava limanlarının və yolların tikintisi ilə məşğul olan Azərbaycanın AzVirt şirkəti də var.
"Keçən il biz Füzuli hava limanını istifadəyə vermişik, bu il isə Zəngilan hava limanı layihəsi üzərində işləyirik. Biz ölkənin yol infrastrukturu layihələrində fəal iştirakçıyıq. Bu sərgi təcrübə mübadiləsi və yeni əlaqələr yaratmaq üçün yaxşı fürsətdir", - deyə “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri Ceyhun Səfərov bildirib.
Xəbər lenti
0