https://sputnik.az/20221020/azerbaycanda-son-bir-ayda-en-cox-hansi-erzaqlar-bahalasib-cedvel-447638800.html
Azərbaycanda son bir ayda ən çox hansı ərzaqlar bahalaşıb? Cədvəl
Azərbaycanda son bir ayda ən çox hansı ərzaqlar bahalaşıb? Cədvəl
Sputnik Azərbaycan
Ərzaq məhsullarının bahalaşması davam edir. Sentyabrda Azərbaycanda illik ərzaq inflyasiyası 21,8 faiz olub. 20.10.2022, Sputnik Azərbaycan
2022-10-20T10:00+0400
2022-10-20T10:00+0400
2022-10-20T10:00+0400
ərzaq
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42345/59/423455999_0:0:3071:1728_1920x0_80_0_0_08fe3bfd6be942e65598cc250a6cc983.jpg
BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda ərzaq məhsullarının qiymətində ötən ay kəskin bahalaşma baş verib.Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri avqust ayına nisbətən 3,4 faiz bahalaşıb. Son 1 ildə isə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 21,8 faiz qalxıb.Ən çox yumurta bahalaşıbÖtən ay ən çox bahalaşan ərzaq məhsulları içərisində yumurta liderliyini qoruyur. Aylıq müqayisədə yumurtanın qiyməti 12,5 faiz artıb. Sentyabrda toyuq yumurtasının orta qiyməti 20 qəpik olub.Tərəvəzlərin qiyməti xeyli yüksəlibİkinci ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, ötən ay tərəvəzlərin qiymətləri 10,3 faiz artıb.Çörək, çörək məmulatları və yarmalar da ən çox bahalaşan məhsullar sırasında yer alır. Keçən ay çörək, çörək məmulatları və yarmalar 4,6 faiz bahalaşıb. Məsələn, keçən ay əla növ buğda çörəyinin 1 kiloqramının (kq) orta qiyməti avqust ayı ilə müqayisədə 9 faiz yüksələrək 1,34 manat olub.Ət və ət məhsulları ən çox bahalaşan məhsullar arasındadır. Aylıq müqayisədə 3,8 faiz artım qeydə alınıb. Məsələn, ötən ay sümüksüz mal ətinin 1 kq orta qiyməti 4 faiz qalxaraq 14,36 manat olub.Bundan başqa, qənd, cem, bal, şokolad və konfetlər 2,1 faiz, çay, qəhvə, kakao 1,6 faiz, süd və süd məhsulları 1,4 faiz, balıq və balıq məhsulları 1,3 faiz, kərə və bitki yağları 1,2 faiz bahalaşıb.Meyvələrin qiyməti aşağı düşübƏn çox ucuzlaşma isə yalnız meyvələrdə qeydə alınıb. Belə ki, aylıq müqayisədə meyvələrin qiymətləri 2,1 faiz ucuzlaşıb.Yaxın dövrlərdə qeyri-stabillik davam edəcəkAzərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, qiymət artımlarının əsas səbəbi idxal inflyasiyasıdır: "Xarici amillər ölkədə qiymət artımına təsir göstərir. Məsələn, ABŞ-da belə inflyasiya kritik həddə gəlib çatıb. Bəzən işbazlar bu vəziyyətdən istifadə edib süni qiymət artımına gedirlər. Hazırda Azərbaycan dövləti inflyasiya ilə mübarizədə lazımi tədbirlər görür. İşğaldan azad edilmiş ərazilərin də iqtisadi potensialından istifadə ediləcək, bu da ölkədə qida təhlükəsizliyinə mühüm töhfə verəcək"."Qlobal qiymətlərin artması səbəbindən dünyada iqtisadi tənəzzül baş verir. Bu isə gələcəkdə qlobal böhrana gətirib çıxarda bilər. İstənilən halda yaxın dövrlərdə qeyri-stabillik davam edəcək", - deyə ekspert əlavə edib.Sentyabrda Azərbaycanda orta illik inflyasiya 13,4 faiz olubQeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,3 faiz artıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.Dövlət Xidməti qida məhsulları bazarında monitorinqlər aparırXatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında daimi əsasda monitorinqlər və təhlillər aparılır.Məsələn, ötən həftə Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq üçün düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80 faizini təşkil edən əsas 9 təsərrüfat subyeki barəsində araşdırma başlanılıb.Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.İnflyasiya prosesləriMərkəzi Bankın ötən ay açıqladığı məlumata görə, aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da, ümumilikdə yüksək olaraq qalır. Xarici mənşəli xərc amilləri istehlakçı qiymətləri ilə yanaşı istehsalçı qiymətlərinə də təsir edir.İlin sonuna illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Dünya ərzaq qiymətlərinin gözlənilən dəyişimi və 2022-ci il inflyasiyasının yüksək bazası nəzərə alınmaqla 2023-cü ilə illik inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/59/423455999_340:0:3071:2048_1920x0_80_0_0_d9c3ab79abbba408b0a99c13367c3762.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərzaq
Azərbaycanda son bir ayda ən çox hansı ərzaqlar bahalaşıb? Cədvəl
Ərzaq məhsullarının bahalaşması davam edir. Sentyabrda Azərbaycanda illik ərzaq inflyasiyası 21,8 faiz olub.
BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda ərzaq məhsullarının qiymətində ötən ay kəskin bahalaşma baş verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri avqust ayına nisbətən 3,4 faiz bahalaşıb. Son 1 ildə isə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 21,8 faiz qalxıb.
Ötən ay ən çox bahalaşan ərzaq məhsulları içərisində yumurta liderliyini qoruyur. Aylıq müqayisədə yumurtanın qiyməti 12,5 faiz artıb. Sentyabrda toyuq yumurtasının orta qiyməti 20 qəpik olub.
Tərəvəzlərin qiyməti xeyli yüksəlib
İkinci ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, ötən ay tərəvəzlərin qiymətləri 10,3 faiz artıb.
Çörək, çörək məmulatları və yarmalar da ən çox bahalaşan məhsullar sırasında yer alır. Keçən ay çörək, çörək məmulatları və yarmalar 4,6 faiz bahalaşıb. Məsələn, keçən ay əla növ buğda çörəyinin 1 kiloqramının (kq) orta qiyməti avqust ayı ilə müqayisədə 9 faiz yüksələrək 1,34 manat olub.
Ət və ət məhsulları ən çox bahalaşan məhsullar arasındadır. Aylıq müqayisədə 3,8 faiz artım qeydə alınıb. Məsələn, ötən ay sümüksüz mal ətinin 1 kq orta qiyməti 4 faiz qalxaraq 14,36 manat olub.
Bundan başqa, qənd, cem, bal, şokolad və konfetlər 2,1 faiz, çay, qəhvə, kakao 1,6 faiz, süd və süd məhsulları 1,4 faiz, balıq və balıq məhsulları 1,3 faiz, kərə və bitki yağları 1,2 faiz bahalaşıb.
Meyvələrin qiyməti aşağı düşüb
Ən çox ucuzlaşma isə yalnız meyvələrdə qeydə alınıb. Belə ki, aylıq müqayisədə meyvələrin qiymətləri 2,1 faiz ucuzlaşıb.
Yaxın dövrlərdə qeyri-stabillik davam edəcək
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, qiymət artımlarının əsas səbəbi idxal inflyasiyasıdır: "Xarici amillər ölkədə qiymət artımına təsir göstərir. Məsələn, ABŞ-da belə inflyasiya kritik həddə gəlib çatıb. Bəzən işbazlar bu vəziyyətdən istifadə edib süni qiymət artımına gedirlər. Hazırda Azərbaycan dövləti inflyasiya ilə mübarizədə lazımi tədbirlər görür. İşğaldan azad edilmiş ərazilərin də iqtisadi potensialından istifadə ediləcək, bu da ölkədə qida təhlükəsizliyinə mühüm töhfə verəcək".
"Qlobal qiymətlərin artması səbəbindən dünyada iqtisadi tənəzzül baş verir. Bu isə gələcəkdə qlobal böhrana gətirib çıxarda bilər. İstənilən halda yaxın dövrlərdə qeyri-stabillik davam edəcək", - deyə ekspert əlavə edib.
Sentyabrda Azərbaycanda orta illik inflyasiya 13,4 faiz olub
Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,3 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dövlət Xidməti qida məhsulları bazarında monitorinqlər aparır
Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında daimi əsasda monitorinqlər və təhlillər aparılır.
Məsələn, ötən həftə Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq üçün düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80 faizini təşkil edən əsas 9 təsərrüfat subyeki barəsində araşdırma başlanılıb.
Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.
Mərkəzi Bankın ötən ay açıqladığı məlumata görə, aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da, ümumilikdə yüksək olaraq qalır. Xarici mənşəli xərc amilləri istehlakçı qiymətləri ilə yanaşı istehsalçı qiymətlərinə də təsir edir.
İlin sonuna illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Dünya ərzaq qiymətlərinin gözlənilən dəyişimi və 2022-ci il inflyasiyasının yüksək bazası nəzərə alınmaqla 2023-cü ilə illik inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib.