Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

© AR Ministry of DefenceAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
BAKI, 20 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
Atəşə tutulma oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək baş verib.
Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Müdafiə Nazirliyi təkziblə çıxış edib
Xəbər lenti
0