CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ən yaxşı şərab turizmi marşrutu seçilib

© Sputnik / Mediabanka keçidşərab
şərab  - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
2009-cu ildən bəri fəaliyyət göstərən "Iter Vitis" şərabçılıq mədəni marşrutu Avropa Şurasının sertifikatlaşdırılmış mədəni marşrutu olmaqla üzümçülük və şərabçılıq mədəniyyətini təbliğ edir.
BAKI, 20 oktyabr — Sputnik. Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış "İter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycanın şərab marşrutu "İnkişaf etməkdə olan ən yaxşı şərab turizmi məhsulu" nominasiyasında qalib olub.
Bu barədə Dövlət Turizm Agentliyi (DTA) məlumat yayıb.
Bildirilir ki, hər il İtaliyanın Sambuka-di-Siciliya əyalətində baş tutan mükafatlandırma mərasimində müxtəlif kateqoriyalar üzrə verilən mükafatlar "İter Vitis" beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab irsini və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini daşıyır.
Qeyd edək ki, 2009-cu ildən bəri fəaliyyət göstərən "İter Vitis" şərabçılıq mədəni marşrutu Avropa Şurasının sertifikatlaşdırılmış mədəni marşrutu olmaqla üzümçülük və şərabçılıq mədəniyyətini təbliğ edir.
Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən "İter Vitis" beynəlxalq şəbəkəsinə 2019-cu ildən etibarən üzv qəbul olunub. 2020-ci ildə isə Azərbaycanın təşəbbüsü ilə ilk yenilikçi transmilli marşrut kimi "İter Vitis Qafqaz" şərab marşrutu yaradılıb.
Xəbər lenti
0