https://sputnik.az/20221019/zengilanda-arximed-turbini-lham-eliyev-su-elektrik-stansiyasini-ise-salib--447646510.html
Zəngilanda Arximed turbini: İlham Əliyev Su Elektrik Stansiyasını işə salıb
Zəngilanda Arximed turbini: İlham Əliyev Su Elektrik Stansiyasını işə salıb
Sputnik Azərbaycan
Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan... 19.10.2022, Sputnik Azərbaycan
2022-10-19T19:35+0400
2022-10-19T19:35+0400
2022-10-19T22:51+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
mehriban əliyeva
inam kərimov
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/13/447653509_0:30:1000:593_1920x0_80_0_0_c98101bf56de75c508776a59a7a7c833.jpg
BAKI, 19 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər.Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma stansiya barədə məlumat verib. Bildirib ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib.Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir.Prezident İlham Əliyev Stansiyanı işə salıb. Diqqətə çatdırılıb ki, balıqların Arximed turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.Qeyd edək ki, Arximed turbinlərinin istismar müddəti 50-60 il proqnozlaşdırılır.
https://sputnik.az/20221019/prezident-ve-birinci-xanim-zengilan-beynelxalq-hava-limanina-baxiblar-447644448.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/13/447653509_85:0:916:623_1920x0_80_0_0_e42c14da21af475df9b1847968c17475.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, mehriban əliyeva, inam kərimov
prezident ilham əliyev, mehriban əliyeva, inam kərimov
Zəngilanda Arximed turbini: İlham Əliyev Su Elektrik Stansiyasını işə salıb
19:35 19.10.2022 (Yenilənib: 22:51 19.10.2022) Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir.
BAKI, 19 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər.
Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma stansiya barədə məlumat verib. Bildirib ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib.
Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.
Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir.
Prezident İlham Əliyev Stansiyanı işə salıb.
Diqqətə çatdırılıb ki, balıqların Arximed turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, Arximed turbinlərinin istismar müddəti 50-60 il proqnozlaşdırılır.