https://sputnik.az/20221019/tiktok-suz-qalan-tiktokerlerimiz-ne-isle-mesguldur-447644746.html
TikTok-suz qalan tiktokerlərimiz nə işlə məşğuldur?
TikTok-suz qalan tiktokerlərimiz nə işlə məşğuldur?
Sputnik Azərbaycan
Ölkə ərasizində TikTok-un fəaliyyətinə qoyulan müvəqqəti qadağa hələ də davam edir. Bu məhdudiyyətlə bağlı sözügedən platformada canlı yayımlara qoşulub... 19.10.2022, Sputnik Azərbaycan
2022-10-19T22:39+0400
2022-10-19T22:39+0400
2022-10-19T22:39+0400
tiktok
cəmiyyət
"facebook" sosial şəbəkəsi
sosial şəbəkələr
https://cdnn1.img.sputnik.az/img/07e6/02/10/439243465_0:35:3070:1762_1920x0_80_0_0_d81e0f49104d2aa55259146574416cd2.jpg
BAKI, 19 oktyabr — Sputnik. Ölkə ərasizində TikTok-un fəaliyyətinə qoyulan müvəqqəti qadağa hələ də davam edir.Bu məhdudiyyətlə bağlı sözügedən platformada canlı yayımlara qoşulub, videolar paylaşmaq mümkün olmur. Nəticədə isə TikTok-da kifayət qədər populyar olan insanların əksəriyyəti gəlir əldə edə bilmir. Bəzi istifadəçilər proqrama "VPN"lə daxil olsa da, yenə də problemlər yaranır. Bir çoxu yaranan məhdudiyyətə sevinsə də, bu, platformadan gəlir əldə edənlər arasında narazılıq yaradıb.Tanınmış model, "Miss Azərbaycan-2019"-un qalibi Səmra Hüseynova TikTok-un aktiv istifadəçilərindəndir. Model bildirir ki, onun gəliri əsasən məşhur markalardan gəlir. O, TikTok-dan qazanc vasitəsi yox, kütlə yığmaq üçün istifadə edir:"Mənim həştəqim 35 milyonu keçib. Videolarım isə 3 milyon baxış toplayır. Bu nəticə nə məşhur müğənnimizdə, nə də aktrisamızda var. Demirəm ki, qazanmadım, qazandığımı da ehtiyacı olan insanlara verdim. Oradan qazandığım pulla "Sea Breeze"da ev kirayələdim".Tanınmış model TikTok-a qoyulan qadağı haqsızlıq adlandırır: "Orada iş qurub çörəkpulu qazanan o qədər insan var ki. İnsanlar nə etsinlər? Yetəricə iş yerləri yoxdur. Ali savadlı insanlar belə iş tapa bilmirlər. Bəs bu adamlar necə dolansınlar? Narkotik ticarəti ilə məşğul olsunlar? Ya gedib fahişəlik etsinlər? O insanları da düşünmək lazımdır".Şair Eminquey Akif də TikTok-dan gəlir əldə edənlər sırasındadır. Bu durum onu da narahat edib. 1 ildir ki, TikTok-dan istifadə edən Eminquey onu digər platformalarla müqayisə edərkən deyib ki, 12 ildə Facebookda qazanmadığı çevrəni, 1 ildə TikTok-da qazanıb:"Facebook elə bir yerdir ki, cəmi-cümlətanı 5000 dost çevrəsi verir, istədiklərini yığırsan ətrafına. Gün ərzində qarşına çıxan paylaşımlar isə ümumən ən çox reaksiya verdiyin insanların paylaşımları olur. Alqoritm belə işləyir. Facebook-da yazıb-pozan bir qisim adam elə zənn edir ki, olduqları sosial platforma çox yaxşıdır. TikTok isə başqa alqoritmlə işləyir. Orada iki səhifə var: izlədiklərin və izləmədiyin hamı. Dünyanın o başında biri qarpız partladır, görürsən, ölkənin bu başında soyunur, şahidi olursan. Olduqca geniş imkanlar vəd edən bir platformadır. Hətta Youtube belə bu rəqabətə tab gətirmir".E.Akif dəfələrlə TikTok-dan sui-istifadə edənləri tənqid edib: "TikTok-dan hərə bir məqsədlə istifadə edir. Oradakı yüngül xarakterli kontent və simalar Facebook-da da var, sadəcə çevrəmizə daxil etməmişik deyə görmürük. Qazanc məsələsinə gəldikdə isə TikTok yeganə platformadır ki, hamıya qazanmaq şansı verir. Və bu Youtube-dan daha çox və daha asan başa gəlir. Mən öz kontentimi formalaşdırıram, yazılarımı, fikirlərimi, şeirlərimi səsləndirib paylaşıram, canlı yayımlarda bu yöndə söhbətlər edirəm və göndərilən hədiyyələrdən pul qazanıram. Daha doğrusu qazanırdım".Müsahibimizin fikrincə, TikTok-un bağlanmasına o adamlar sevinir ki, güzgüdə özünü görməkdən qorxur: "VPN-lə telefona bir ziyandırsa, əsəbə beş ziyandır. Bu səbəbdən hələ ki canlıları dayandırmışam. Aylıq gəlirim isə işlədiyim mediada aldığım maaşın iki qatına çıxmışdı - söyüş söymədən, heç kimdən hədiyyə dilənmədən! "Film tənqidçisi və Youtube-da FilmAç kanalının müəllifi Hacı Səfərov Tik-tok-dan qazanc əldə etməsə də, orada geniş auditoriyaya çıxmaq şansı yaratdığını söyləyir: "Bu Facebook-da, Instagram-da mümkün deyil. Mәn kontent yaradıram, o kontent әn çox TikTok vә Youtube-da auditoriya tapa bilir. Orada daha optimizasiya edilmiş, sәrfәli alqoritm var. Burada auditoriyaya çıxmaq üçün ancaq pul vermәlisәn".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/10/439243465_339:0:3070:2048_1920x0_80_0_0_350710d5a0860b12719871b8801a89f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tiktok, "facebook" sosial şəbəkəsi, sosial şəbəkələr
tiktok, "facebook" sosial şəbəkəsi, sosial şəbəkələr
TikTok-suz qalan tiktokerlərimiz nə işlə məşğuldur?
Ölkə ərasizində TikTok-un fəaliyyətinə qoyulan müvəqqəti qadağa hələ də davam edir. Bu məhdudiyyətlə bağlı sözügedən platformada canlı yayımlara qoşulub, videolar paylaşmaq mümkün olmur
BAKI, 19 oktyabr — Sputnik. Ölkə ərasizində TikTok-un fəaliyyətinə qoyulan müvəqqəti qadağa hələ də davam edir.
Bu məhdudiyyətlə bağlı sözügedən platformada canlı yayımlara qoşulub, videolar paylaşmaq mümkün olmur. Nəticədə isə TikTok-da kifayət qədər populyar olan insanların əksəriyyəti gəlir əldə edə bilmir. Bəzi istifadəçilər proqrama "VPN"lə daxil olsa da, yenə də problemlər yaranır. Bir çoxu yaranan məhdudiyyətə sevinsə də, bu, platformadan gəlir əldə edənlər arasında narazılıq yaradıb.
Tanınmış model, "Miss Azərbaycan-2019"-un qalibi Səmra Hüseynova TikTok-un aktiv istifadəçilərindəndir. Model bildirir ki, onun gəliri əsasən məşhur markalardan gəlir. O, TikTok-dan qazanc vasitəsi yox, kütlə yığmaq üçün istifadə edir:
"Mənim həştəqim 35 milyonu keçib. Videolarım isə 3 milyon baxış toplayır. Bu nəticə nə məşhur müğənnimizdə, nə də aktrisamızda var. Demirəm ki, qazanmadım, qazandığımı da ehtiyacı olan insanlara verdim. Oradan qazandığım pulla "Sea Breeze"da ev kirayələdim".
Tanınmış model TikTok-a qoyulan qadağı haqsızlıq adlandırır: "Orada iş qurub çörəkpulu qazanan o qədər insan var ki. İnsanlar nə etsinlər? Yetəricə iş yerləri yoxdur. Ali savadlı insanlar belə iş tapa bilmirlər. Bəs bu adamlar necə dolansınlar? Narkotik ticarəti ilə məşğul olsunlar? Ya gedib fahişəlik etsinlər? O insanları da düşünmək lazımdır".
Şair Eminquey Akif də TikTok-dan gəlir əldə edənlər sırasındadır. Bu durum onu da narahat edib. 1 ildir ki, TikTok-dan istifadə edən Eminquey onu digər platformalarla müqayisə edərkən deyib ki, 12 ildə Facebookda qazanmadığı çevrəni, 1 ildə TikTok-da qazanıb:
"Facebook elə bir yerdir ki, cəmi-cümlətanı 5000 dost çevrəsi verir, istədiklərini yığırsan ətrafına. Gün ərzində qarşına çıxan paylaşımlar isə ümumən ən çox reaksiya verdiyin insanların paylaşımları olur. Alqoritm belə işləyir. Facebook-da yazıb-pozan bir qisim adam elə zənn edir ki, olduqları sosial platforma çox yaxşıdır. TikTok isə başqa alqoritmlə işləyir. Orada iki səhifə var: izlədiklərin və izləmədiyin hamı. Dünyanın o başında biri qarpız partladır, görürsən, ölkənin bu başında soyunur, şahidi olursan. Olduqca geniş imkanlar vəd edən bir platformadır. Hətta Youtube belə bu rəqabətə tab gətirmir".
E.Akif dəfələrlə TikTok-dan sui-istifadə edənləri tənqid edib: "TikTok-dan hərə bir məqsədlə istifadə edir. Oradakı yüngül xarakterli kontent və simalar Facebook-da da var, sadəcə çevrəmizə daxil etməmişik deyə görmürük. Qazanc məsələsinə gəldikdə isə TikTok yeganə platformadır ki, hamıya qazanmaq şansı verir. Və bu Youtube-dan daha çox və daha asan başa gəlir. Mən öz kontentimi formalaşdırıram, yazılarımı, fikirlərimi, şeirlərimi səsləndirib paylaşıram, canlı yayımlarda bu yöndə söhbətlər edirəm və göndərilən hədiyyələrdən pul qazanıram. Daha doğrusu qazanırdım".
Müsahibimizin fikrincə, TikTok-un bağlanmasına o adamlar sevinir ki, güzgüdə özünü görməkdən qorxur: "VPN-lə telefona bir ziyandırsa, əsəbə beş ziyandır. Bu səbəbdən hələ ki canlıları dayandırmışam. Aylıq gəlirim isə işlədiyim mediada aldığım maaşın iki qatına çıxmışdı - söyüş söymədən, heç kimdən hədiyyə dilənmədən! "
Film tənqidçisi və Youtube-da FilmAç kanalının müəllifi Hacı Səfərov Tik-tok-dan qazanc əldə etməsə də, orada geniş auditoriyaya çıxmaq şansı yaratdığını söyləyir: "Bu Facebook-da, Instagram-da mümkün deyil. Mәn kontent yaradıram, o kontent әn çox TikTok vә Youtube-da auditoriya tapa bilir. Orada daha optimizasiya edilmiş, sәrfәli alqoritm var. Burada auditoriyaya çıxmaq üçün ancaq pul vermәlisәn".