Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

TƏBİB-dən qəza ilə bağlı açıqlama

TƏBİB - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
BAKI, 19 oktyabr — Sputnik. Siyəzən rayonunun Zarat kəndi ərazisində mikroavtobus aşıb.
Qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.
Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir.
Həmçinin Report-un xəbərinə görə, Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Onlar aşağıdakılardır:
1) 1978-ci il təvəllüdlü Hüseynova Gülnarə Balağa qızı
2) 1976-cı il təvəllüdlü Nizamova Şəhla Əfqan qızı
3) 1970 -ci il təvəllüdlü Mirzəyeva Pəri Dilcan qızı
4) 1987-ci il təvəllüdlü Balayeva Səbinə Xanlar qızı
5) 1978-ci il təvəllüdlü Bəylərova Səhər İmamyar qızı
6) 1980-ci il təvəllüdlü Həsənova Mələk Hacrza qızı
7) 1987-ci il təvəllüdlü Zərbəliyeva Gülnar Hacrza qızı
8) 1985-ci il təvəllüdlü İsmayilova Nərmin Rasim qızı
9) 1988-ci il təvəllüdlü Cəfərova Elnurə Vahid qızı
10) 1971-ci il təvəllüdlü Məmmədova Xeyransa.
Xəsarət alanlardan səkkizi evə buraxılıb, iki nəfərin isə müalicəsi Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzində davam etdirilir.
Məlumata görə, xəsarət alan sərnişinlərin hamısı Zarat kəndindən olan qadınlardır və onlar parnikdə işləyən fəhlələr olublar.
Hadisə də səhər saatlarında onların iş yerinə gedən zaman baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər lenti
0