NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR daha bir Avropa şirkəti ilə mühüm sənədə imza atıb

© Photo : SOCARHadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Hadrutda “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
Sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.
BAKI, 19 oktyabr - Sputnik. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.
"Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub. Bu istiqamətlərə uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, energetika naziri Pərviz Şahbazovun və SOCAR rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin Rumıniyaya səfəri baş tutub", - məlumatda deyilir.
Anlaşma Memorandumunun imzalanması əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpa olunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0