https://sputnik.az/20221019/sgaldan-azad-edilmis-torpaqlarda-aqroparklar-yaradilir-447624088.html
İşğaldan azad edilmiş torpaqlarda aqroparklar yaradılır
İşğaldan azad edilmiş torpaqlarda aqroparklar yaradılır
Sputnik Azərbaycan
Tədbirdə bildirilib ki, Qarabağda heyvandarlıq sahəsində biznes üçün subsidiyalar nəzərdə tutulub. 19.10.2022, Sputnik Azərbaycan
2022-10-19T18:07+0400
2022-10-19T18:07+0400
2022-10-19T18:11+0400
aqropark
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434610114_0:61:3422:1987_1920x0_80_0_0_2bd067cf7116a2d7872c9f9203190a20.jpg.webp
BAKI, 19 oktyabr — Sputnik. "Yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərdə bir və yaxud bir neçə aqroparkın yaradılması ilə bağlı sahibkarlıq subyektləri ilə danışıqlara başlaya bilərik".Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev bildirib."Hazırda 33 rayonda 51 aqropark var. Yevlax və Sabirabaddakı aqroparkları dövlət yaradıb, digər aqroparklar isə özəldir. İşğaldan azad edilmiş ərazilərdə aqropark yaratmaq üçün infrastruktur bərpa edilməlidir. Kənd təsərrüfatı elə bir sahədir ki, burda infrastrukturun qurulması illərlə vaxt aparır, xüsusilə də su təsərrüfatlarının yaradılması uzun müddət tələb edir. Amma həmin ərazilərdə su ehtiyatları baxımından geniş imkanlar mövcuddur", - o deyib.Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev isə bildirib ki, Qarabağ zonası üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi əlavə dəstək paketinin hazırlanması planlaşdırılır. "Bu, dövlətin müəyyən etdiyi strateji xəttə uyğun olaraq nəzərdə tutulub", - S.Mövlayev bildirib.Onun sözlərinə görə, nazirlik gələcəkdə mövcud imkanlar çərçivəsində dəstək verməyə hazırdır.O vurğulayıb ki, Qarabağda heyvandarlıq sahəsində biznes üçün subsidiyalar nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434610114_346:0:3077:2048_1920x0_80_0_0_7f5322462b46a7f30e0770df7b5bb24d.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_43344902ccb8bb86de368e98ff6be7c0.jpg.webp
aqropark
İşğaldan azad edilmiş torpaqlarda aqroparklar yaradılır
18:07 19.10.2022 (Yenilənib: 18:11 19.10.2022) Tədbirdə bildirilib ki, Qarabağda heyvandarlıq sahəsində biznes üçün subsidiyalar nəzərdə tutulub.
BAKI, 19 oktyabr — Sputnik. "Yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərdə bir və yaxud bir neçə aqroparkın yaradılması ilə bağlı sahibkarlıq subyektləri ilə danışıqlara başlaya bilərik".
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev bildirib.
"Hazırda 33 rayonda 51 aqropark var. Yevlax və Sabirabaddakı aqroparkları dövlət yaradıb, digər aqroparklar isə özəldir. İşğaldan azad edilmiş ərazilərdə aqropark yaratmaq üçün infrastruktur bərpa edilməlidir. Kənd təsərrüfatı elə bir sahədir ki, burda infrastrukturun qurulması illərlə vaxt aparır, xüsusilə də su təsərrüfatlarının yaradılması uzun müddət tələb edir. Amma həmin ərazilərdə su ehtiyatları baxımından geniş imkanlar mövcuddur", - o deyib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev isə bildirib ki, Qarabağ zonası üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi əlavə dəstək paketinin hazırlanması planlaşdırılır. "Bu, dövlətin müəyyən etdiyi strateji xəttə uyğun olaraq nəzərdə tutulub", - S.Mövlayev bildirib.
Onun sözlərinə görə, nazirlik gələcəkdə mövcud imkanlar çərçivəsində dəstək verməyə hazırdır.
O vurğulayıb ki, Qarabağda heyvandarlıq sahəsində biznes üçün subsidiyalar nəzərdə tutulub.