https://sputnik.az/20221019/seheretrafi-ve-seherdaxili-marsrutlar-musabiqeye-cixarilacaq-447614173.html
Şəhərətrafı və şəhərdaxili marşrutlar müsabiqəyə çıxarılacaq
Şəhərətrafı və şəhərdaxili marşrutlar müsabiqəyə çıxarılacaq
Sputnik Azərbaycan
Rayon avtovağzallarının fəaliyyəti və bilet satışındakı problemlər diqqətə çatdırılıb. 19.10.2022, Sputnik Azərbaycan
2022-10-19T11:23+0400
2022-10-19T11:23+0400
2022-10-19T11:31+0400
avtobus
cəmiyyət
marşrut
marşrut xətti
müsabiqə
https://cdnn1.img.sputnik.az/img/42209/96/422099671_0:0:3072:1728_1920x0_80_0_0_00995daf95535c17e9107a7be9706d05.jpg
BAKI, 19 oktyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib.Bu barədə Sputnik Azərbaycan-a AYNA-dan bildirilib.Məlumata görə, görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqlar, daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər və onların həlli yolları müzakirə olunub.Daşıyıcılar daha çox qeyri-qanuni sərnişin daşımalarından, bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasının az rentabelli olmasından narazılıqlarını ifadə ediblər. Onlar, həmçinin istifadədə olan nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkdiklərini bildiriblər.Görüşdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz sərnişindaşımanın aradan qaldırılması ilə bağlı addımların tədricən səmərə verdiyi vurğulanıb. Rayon avtovağzallarının fəaliyyəti və bilet satışındakı problemlər diqqətə çatdırılıb.Görüşdə sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da qeyd edilib.AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev avtobus parkının vəziyyəti və yenilənməsi istiqamətində görüləcək işlər barədə məlumat verib. Həmçinin şəhərdaxili marşrutlarda nağdsız ödəniş sisteminə keçid və onlayn bilet satışı sisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.Görüşdə şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarının müsabiqəyə çıxarılması barədə də fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində hazırda 4 istiqamət üzrə 9 reys müsabiqəyə çıxarılıb. Növbəti mərhələdə şəhərətrafı və şəhərdaxili marşrutlarla bağlı da eyni addımın atılacağı vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42209/96/422099671_341:0:3072:2048_1920x0_80_0_0_baaac5a78fa7b977d846def6a12e08a4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtobus, marşrut, marşrut xətti, müsabiqə
avtobus, marşrut, marşrut xətti, müsabiqə
Şəhərətrafı və şəhərdaxili marşrutlar müsabiqəyə çıxarılacaq
11:23 19.10.2022 (Yenilənib: 11:31 19.10.2022) Rayon avtovağzallarının fəaliyyəti və bilet satışındakı problemlər diqqətə çatdırılıb.
BAKI, 19 oktyabr — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a AYNA-dan bildirilib.
Məlumata görə, görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqlar, daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər və onların həlli yolları müzakirə olunub.
Daşıyıcılar daha çox qeyri-qanuni sərnişin daşımalarından, bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasının az rentabelli olmasından narazılıqlarını ifadə ediblər. Onlar, həmçinin istifadədə olan nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkdiklərini bildiriblər.
Görüşdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz sərnişindaşımanın aradan qaldırılması ilə bağlı addımların tədricən səmərə verdiyi vurğulanıb. Rayon avtovağzallarının fəaliyyəti və bilet satışındakı problemlər diqqətə çatdırılıb.
Görüşdə sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da qeyd edilib.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev avtobus parkının vəziyyəti və yenilənməsi istiqamətində görüləcək işlər barədə məlumat verib. Həmçinin şəhərdaxili marşrutlarda nağdsız ödəniş sisteminə keçid və onlayn bilet satışı sisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Görüşdə şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarının müsabiqəyə çıxarılması barədə də fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində hazırda 4 istiqamət üzrə 9 reys müsabiqəyə çıxarılıb. Növbəti mərhələdə şəhərətrafı və şəhərdaxili marşrutlarla bağlı da eyni addımın atılacağı vurğulanıb.