https://sputnik.az/20221019/ran-sefirliyi-azerbaycanla-serhedde-kecirilen-herbi-telimlerle-bagli-beyanat-yayib-447620942.html
İran səfirliyi Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlərlə bağlı bəyanat yayıb
İran səfirliyi Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlərlə bağlı bəyanat yayıb
Sputnik Azərbaycan
Bəyanatda bildirilir ki, Azərbaycan və İranın hərbi rəhbərliyi bu barədə əvvəlcədən müzakirə aparıb. 19.10.2022, Sputnik Azərbaycan
2022-10-19T14:50+0400
2022-10-19T14:50+0400
2022-10-19T14:51+0400
iran
siyasət
təlim
hərbi təlim
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_0:0:3001:1688_1920x0_80_0_0_2750366373f35a1ea63b68b43d7012a7.jpg
BAKI, 19 oktyabr — Sputnik. İran İslam Respublikasının silahlı qüvvələrinin şimal-qərb bölgəsində (bu yaxınlarda Ermənistanla olan sərhəddə başlayan) manevr və təlimləri, İran İslam Respublikası silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövrü təlimlərə uyğun həyata keçirilir. Habelə, Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir. Səfirlik Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlə bağlı Azərbaycan və İranın hərbi rəhbərliyinin müzakirə apardıqlarını da xatırladıb."Bu notadan əlavə, İran İslam Respublikasının silahlı qüvvələri baş qərargah rəisi general-leytenant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülmüşdür ki, hal-hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir. İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub", - bəyanatda deyilir.Xatırladaq ki, oktyabrın 17-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən keçən Araz çayı sahillərində hərbi təlimlərə başlayıb. Bu barədə SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur məlumat verib. O bildirib ki, hərbi təlimləri SEPAH-ın "Aşura" qərargahı keçirir. Təlimlər 3 gün davam edəcək. Təlimlərdə üzən körpü quraşdıracaq şəxsi heyətin və hərbi avadanlıqların su hövzəsindən keçirilməsi məşq ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/05/433902803_202:0:2745:1907_1920x0_80_0_0_ca0c7a016062b5cda6f0955e86298a23.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
iran, təlim, hərbi təlim
İran səfirliyi Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlərlə bağlı bəyanat yayıb
14:50 19.10.2022 (Yenilənib: 14:51 19.10.2022) Bəyanatda bildirilir ki, Azərbaycan və İranın hərbi rəhbərliyi bu barədə əvvəlcədən müzakirə aparıb.
BAKI, 19 oktyabr — Sputnik. İran İslam Respublikasının silahlı qüvvələrinin şimal-qərb bölgəsində (bu yaxınlarda Ermənistanla olan sərhəddə başlayan) manevr və təlimləri, İran İslam Respublikası silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövrü təlimlərə uyğun həyata keçirilir. Habelə, Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir. Səfirlik Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlə bağlı Azərbaycan və İranın hərbi rəhbərliyinin müzakirə apardıqlarını da xatırladıb.
"Bu notadan əlavə, İran İslam Respublikasının silahlı qüvvələri baş qərargah rəisi general-leytenant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülmüşdür ki, hal-hazırda davam etdirilən bu təlimlərdə yerinə yetirilir. İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub", - bəyanatda deyilir.
Xatırladaq ki, oktyabrın 17-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən keçən Araz çayı sahillərində hərbi təlimlərə başlayıb. Bu barədə SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur məlumat verib. O bildirib ki, hərbi təlimləri SEPAH-ın "Aşura" qərargahı keçirir. Təlimlər 3 gün davam edəcək. Təlimlərdə üzən körpü quraşdıracaq şəxsi heyətin və hərbi avadanlıqların su hövzəsindən keçirilməsi məşq ediləcək.