Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərbin Rusiyaya qarşı mövqeyi Cənubi Qafqazı yeni savaşa sürükləyir

© AFP 2024 / SHAH MARAIВооруженный автоматом мужчина, фото из архива
Вооруженный автоматом мужчина, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
Politoloq Elşən Manafov bildirib ki, Qərbin Ermənistan hakimiyyətinə dəstəyi davam edəcəyi təqdirdə Azərbaycan-Ermənistan arasındakı mövcud vəziyyətin nizamlanması üçün hərbi variantın tətbiq olunmasından başqa yol qalmır.
BAKI, 19 oktyabr — Sputnik. Ermənistan hakimiyyəti Azərbaycan-Ermənistan sərhədində vəziyyətə nəzarət etmək üçün ATƏT-ə müşahidəçilər göndərilməsi ilə bağlı müraciət edib. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Norveçin xarici işlər naziri Anniken Huitfeldtlə birgə mətbuat konfransında bildirib.
Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.
Sputnik Azərbaycan Ermənistan XİN rəhbərinin son açıqlamaları ilə bağlı politoloq Elşən Manafovla həmsöhbət olub.
Politoloq Elşən Manafov bildirib ki, Ermənistan tərəfinin öz sərhədlərini qorumaq üçün hansısa birliklərə və dövlətlərə müraciət etməsi onun beynəlxalq hüquqla təsbit olunmuş müstəsna səlahiyyətlərinə daxil olan məsələdir.
Onun fikrincə, Rusiya tərəfindən də Ermənistanın bu istiqamətdə addımlarına münasibətdə bu fikir irəli sürüldü:
"Amma nəzərə almaq lazımdır ki, Aİ-nin Azərbaycan-Ermənistan arasındakı məsələlərdə vasitəçilik etmək niyyəti İttifaqın və Qərbin regiondakı geosiyasi maraqlarından irəli gələn məsələdir. Bu, onların Rusiyanı danışıqlardan kənarlaşdırmaq, onun moderatırlığı ilə gedən prosesi məhdudlaşdırmaq niyyətindən irəli gəlir".
Politoloq qeyd edib ki, bu gün Ermənistan hökumətinə rəhbərlik edən Paşinyan hakimiyyəti Qərbin maliyyə dəstəyi ilə buna nail olmağa çalışır:
"Paşinyan Qərbin regionda maraqlarının təmin edilməsi üçün muzdlu tutulmuş siyasətçidir. Ona görə də Paşinyanın Azərbaycanla bağlı proseslərdə sərgilədiyi qeyri-adekvat mövqe, bir-birinə kəskin ziddiyyət təşkil edən məqamlar, açıq şəkildə desək Paşinyanın qeyri-konstruktiv mövqeyi onun müstəqil siyasətçi olmamasından irəli gəlir. Paşinyan zamanında Sorosun və ABŞ-ın dəstəyi ilə hakimiyyətə gələndə bəlli idi ki, ona müəyyən siyasi kursun həyata keçirilməsi tapşırılıb".
Politoloq Paşinyanın hakimiyyətə gəlməmişdən əvvəl verdiyi bəyanatlarını da xatırladıb:
"Paşinyan hələ müxalifətdə olarkən Rusiyaya qarşı mövqeyi ilə seçilirdi. Ancaq hakimiyyətə gəldikdən sonra Rusiyanın Ermənistana təsirini azaltmaq niyyətində olan Paşinyan bunu bacara bilmədi. Görünür Paşinyan bu gün bu istiqamətdə müəyyən addımlar atmağa çalışır. Ona görə də, nəyin bahasına olursa olsun, Azərbaycan-Ermənistan arasındakı danışıqlara ATƏT-in Minsk Qrupunu cəlb etmək istəyir".
Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi dəfələrlə Qarabağın Azərbaycanın daxili işi olmasını bəyan edib:
"Azərbaycana görə Qarabağ problemi artıq həllini tapıb. Bu baxımdan Minsk Qrupu kimi amorf bir təşkilatın proseslərə cəlb edilməsi Azərbaycanın dövlət maraqlarına cavab vermir. Azərbaycan xalqında və dövlətində ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ucbatından bu təşkilata heç bir etibar və etimad qalmayıb. Hazırda Ukrayna cəbhəsində yaşananlara görə bir-birinə qarşı dayanmış Rusiya və ABŞ-Fransa birliyinin bu məsələdə necə eyni mövqedən çıxış edə biləcəyi isə anlaşılmazdır".
Politoloqun fikrincə, Rusiyanın sülhməramlı qüvvələrin timsalında bölgədə yerləşməsi ümumilikdə Qərbi narahat edir və onların maraqlarına cavab vermir.
O hesab edir ki, ümumilikdə bölgədəki yeni geosiyasi reallıqlar Qərbin maraqlarına cavab vermir və bunu həzm edə bilmirlər:
"Ona görə də bu reallıqları Paşinyanın vasitəsilə dəyişməyə cəhd edirlər. Bununla da Rusiyanın təsir dairəsini kiçiltmək istəyirlər".
"Paşinyanın bütün oyunları Qərb tərəfindən istiqamətləndirilir. Ona görə də problemləri Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında həll etmək mümkün olmur. Güman edirəm ki, Paşinyan iqtidarına Rusiya və Türkiyə tərəfindən ciddi təzyiqlər edilməlidir. Qərbin Ermənistan hakimiyyətinə dəstəyi davam edəcəyi təqdirdə Azərbaycan-Ermənistan arasındakı mövcud vəziyyətin nizamlanması üçün hərbi variantın tətbiq olunmasından başqa yol qalmır. Görünür Paşinyan növbəti dəfə dəmir yumruq siyasətinin həyata keçirilməsi faktoru qarşısında qalmasa, onunla aparılan danışıqlar imitasiya xarakterli olacaq. Burada məsul tərəflərdən biri də Qərb və onun geosiyasi maraqlarıdır", - deyə politoloq fikirlərini tamamlayıb.
Xəbər lenti
0