https://sputnik.az/20221019/pakistan-ve-hindistandan-azerbaycana-miqrant-axininin-sebebi-aciqlandi-447641613.html
Pakistan və Hindistandan Azərbaycana miqrant axınının səbəbi açıqlandı
Pakistan və Hindistandan Azərbaycana miqrant axınının səbəbi açıqlandı
Sputnik Azərbaycan
Hindistan və Pakistan vətəndaşları ölkəmizə turist kimi səfər etsələr də, onların paytaxtda müxtəlif yerlərdə işləməsi hallarına da rast gəlinir. 19.10.2022, Sputnik Azərbaycan
2022-10-19T21:03+0400
2022-10-19T21:03+0400
2022-10-19T21:03+0400
pakistan
cəmiyyət
hindistan
miqrant
qanunsuz miqrant
miqrant axını
https://cdnn1.img.sputnik.az/img/42233/25/422332504_0:153:3099:1896_1920x0_80_0_0_8205564345e5487467c6003e5fd37f1f.jpg
BAKI, 19 oktyabr — Sputnik. Son aylar Azərbaycanda, xüsusilə paytaxtda Pakistan və Hindistandan olan miqrantlara tez-tez rast gəlinir. Bakının iri ticarət mərkəzlərində də qrup halında hindistanlı və pakistanlı miqrantlarla rastlaşmaq mümkündür. Bakıda birdən-birə bu ölkələrdən olan miqrantların sayının artması maraq doğurur. Onları Azərbaycana gətirən əsas səbəb nədir?Bu suala cavab tapmazdan öncə qeyd edək ki, statistik rəqəmlər də son aylar Pakistan və Hindistandan olan miqrantların ölkəmizə axının artdığını təsdiqləyir. Dövlət Turizm Agentliyindən aldığımız məlumata görə, ötən il Pakistandan ölkəmizə turist kimi 2940 nəfər səfər etmişdisə, bu ilin 9 ayı ərzində onların sayı 37525 nəfər olub. Həmçinin 2021-ci ildə Hindistandan ölkəmizə 5695 nəfər gəlmişdisə, bu ilin 9 ayında gələnlərin sayı 36070 nəfər təşkil edib. Bu ilin birinci rübündə Hindistandan ölkəmizə 2869, ikinci rübdə 12658, üçüncü rübdə isə 20543 nəfər gəlib. Eyni zamanda birinci rübdə Pakistandan Azərbaycana 4987, ikinci rübdə 12963, üçüncü rübdə isə 19575 nəfər gəlib. Bu ilin yanvarında əgər Hindistandan 478 nəfər gəlmişdisə, sentyabrda onların sayı 8626 olub. Pakistandan isə cari ilin birinci ayında 331 nəfər gəlmişdisə, sentyabrda gələnlər 5432 nəfər təşkil edib.Hindistan və Pakistan vətəndaşları ölkəmizə turist kimi səfər etsələr də, onların paytaxtda müxtəlif yerlərdə işləməsi hallarına da rast gəlinir.Bu günlərdə Sputnik Azərbaycan-ın əməkdaşı Sədərək Ticarət Mərkəzinin ərazisində xeyli sayda hindistanlı və pakistanlı miqrantla qarşılaşıb. Ticarət mərkəzində çalışanlar bildiriblər ki, Pakistan və Hindistan vətəndaşı olan miqrantlar burada ticarətlə məşğul olmurlar. Onlar yükdaşıma işlərində çalışırlar.Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiyadan sonra Hindistan və Pakistandan olan miqrantların artdığı nəzərə çarpır. A.Allahverənov bildirir ki, miqrantların Azərbaycana iki gəlmə səbəbi ola bilər. Onlar ya ölkəmizdə işləmək üçün gəlir, yaxud da üçüncü ölkəyə getmək üçün Azərbaycandan tranzit ölkə kimi istifadə edirlər. A.Allahverənov deyir ki, onların xüsusilə gənc yaşda olması Azərbaycana işləmək üçün gəldiyinə əsas verir.Ekspert bildirir ki, miqrasiya axınları artıb-azalan xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, müxtəlif ölkələrə miqrant daşınması ilə məşğul olan şirkətlər var. Onlar miqrantların konkret marşrutlar üzərindən daşınmasını həyata keçirməklə pul qazanırlar. Ekspert miqrant alveri ilə məşğul olan şirkətlərin müəyyən dövr fəaliyyətinin məhdudlaşdırıldığını söyləyir. O bildirir ki, çox güman ki, həmin şirkətlər yenidən aktivləşib.A.Allahverənov söyləyir ki, digər səbəb Azərbaycanda quruculuq işlərinin artması ola bilər: "Ölkəmizdə quruculuq işləri sürətlənib. Qarabağın işğaldan azad olunmasından sonra bu işlər daha da intensivləşib. Ola bilər ki, bu məqam da təsir edə bilər. Çünki quruculuq işlərində müxtəlif xarici şirkətlər də iştirak edir. Şirkətlər əcnəbi miqranta, əmək ehtiyatına ehtiyac olduğundan, müəyyən dövr ərzində miqrantları ölkəmizə gətirirlər.Ekspert deyir ki, miqrant axını bir müddətdən sonra azala da bilər. Onun sözlərinə görə, hindistanlı və pakistanlı miqrantlar ölkəmizdə iş icazəsi almağın çətin olduğunu gördükdən sonra onlar özləri bir müddət sonra geri dönəcəklər. Çünki ölkəmizdə hər sahə üzrə artıq əmək bazarında fəaliyyət göstərəcək yerli işçilər var.Həmsöhbətimiz deyir ki, əmək miqrantlarının sayı əmək kvotası ilə müəyyən olunur. 2021-ci ildə əcnəbi miqrantlar üçün əmək kvotası 7 min civarında olub. Bununla belə ekspert Azərbaycanda müəyyən sahələrdə pakistanlı və hindistanlı miqrantların çalışdığını bildirir: "Bu gün tikinti sektorunda pakistanlı və hindistanlı, ticarət sahəsində pakistanlı, restoran sektorunda isə hindistanlı miqrantlara rast gəlinir".A.Allahverənov deyir ki, ölkəmizə turist vizası ilə gələn əcnəbilər əmək fəaliyyəti ilə məşğul ola bilməz. Onun sözlərinə görə, qanunvericilik turist vizası ilə gələn turistə iş icazəsi verməyi qadağan edir: "Turist vizası ilə Azərbaycana gələn miqrant ölkəmizdə işləmək istəyirsə, mütləq yenidən öz ölkəsinə qayıdıb Azərbaycana gəlməlidir".Dövlət Mirqasiya Xidmətindən isə ölkəmizdə hindistanlı və pakistanlı miqrantlara iş icazəsi üçün müraciət edən şirkətlərin artıb-artmadığı barədə sualımıza cavab veriləcəyini söylədilər. Qurumdan bildirdilər ki, hələ ki, ölkəmizdə iş icazəsi üçün ən çox müraciət Türkiyənin payına düşür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42233/25/422332504_183:0:2914:2048_1920x0_80_0_0_8ca36851d7d45d64444e79e5424254c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
pakistan, hindistan, miqrant, qanunsuz miqrant, miqrant axını
pakistan, hindistan, miqrant, qanunsuz miqrant, miqrant axını
Pakistan və Hindistandan Azərbaycana miqrant axınının səbəbi açıqlandı
Hindistan və Pakistan vətəndaşları ölkəmizə turist kimi səfər etsələr də, onların paytaxtda müxtəlif yerlərdə işləməsi hallarına da rast gəlinir.
BAKI, 19 oktyabr — Sputnik. Son aylar Azərbaycanda, xüsusilə paytaxtda Pakistan və Hindistandan olan miqrantlara tez-tez rast gəlinir. Bakının iri ticarət mərkəzlərində də qrup halında hindistanlı və pakistanlı miqrantlarla rastlaşmaq mümkündür. Bakıda birdən-birə bu ölkələrdən olan miqrantların sayının artması maraq doğurur. Onları Azərbaycana gətirən əsas səbəb nədir?
Bu suala cavab tapmazdan öncə qeyd edək ki, statistik rəqəmlər də son aylar Pakistan və Hindistandan olan miqrantların ölkəmizə axının artdığını təsdiqləyir. Dövlət Turizm Agentliyindən aldığımız məlumata görə, ötən il Pakistandan ölkəmizə turist kimi 2940 nəfər səfər etmişdisə, bu ilin 9 ayı ərzində onların sayı 37525 nəfər olub.
Həmçinin 2021-ci ildə Hindistandan ölkəmizə 5695 nəfər gəlmişdisə, bu ilin 9 ayında gələnlərin sayı 36070 nəfər təşkil edib. Bu ilin birinci rübündə Hindistandan ölkəmizə 2869, ikinci rübdə 12658, üçüncü rübdə isə 20543 nəfər gəlib. Eyni zamanda birinci rübdə Pakistandan Azərbaycana 4987, ikinci rübdə 12963, üçüncü rübdə isə 19575 nəfər gəlib. Bu ilin yanvarında əgər Hindistandan 478 nəfər gəlmişdisə, sentyabrda onların sayı 8626 olub. Pakistandan isə cari ilin birinci ayında 331 nəfər gəlmişdisə, sentyabrda gələnlər 5432 nəfər təşkil edib.
Hindistan və Pakistan vətəndaşları ölkəmizə turist kimi səfər etsələr də, onların paytaxtda müxtəlif yerlərdə işləməsi hallarına da rast gəlinir.
Bu günlərdə Sputnik Azərbaycan-ın əməkdaşı Sədərək Ticarət Mərkəzinin ərazisində xeyli sayda hindistanlı və pakistanlı miqrantla qarşılaşıb. Ticarət mərkəzində çalışanlar bildiriblər ki, Pakistan və Hindistan vətəndaşı olan miqrantlar burada ticarətlə məşğul olmurlar. Onlar yükdaşıma işlərində çalışırlar.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiyadan sonra Hindistan və Pakistandan olan miqrantların artdığı nəzərə çarpır. A.Allahverənov bildirir ki, miqrantların Azərbaycana iki gəlmə səbəbi ola bilər. Onlar ya ölkəmizdə işləmək üçün gəlir, yaxud da üçüncü ölkəyə getmək üçün Azərbaycandan tranzit ölkə kimi istifadə edirlər. A.Allahverənov deyir ki, onların xüsusilə gənc yaşda olması Azərbaycana işləmək üçün gəldiyinə əsas verir.
Ekspert bildirir ki, miqrasiya axınları artıb-azalan xətt üzrə inkişaf edir. Onun sözlərinə görə, müxtəlif ölkələrə miqrant daşınması ilə məşğul olan şirkətlər var. Onlar miqrantların konkret marşrutlar üzərindən daşınmasını həyata keçirməklə pul qazanırlar. Ekspert miqrant alveri ilə məşğul olan şirkətlərin müəyyən dövr fəaliyyətinin məhdudlaşdırıldığını söyləyir. O bildirir ki, çox güman ki, həmin şirkətlər yenidən aktivləşib.
A.Allahverənov söyləyir ki, digər səbəb Azərbaycanda quruculuq işlərinin artması ola bilər: "Ölkəmizdə quruculuq işləri sürətlənib. Qarabağın işğaldan azad olunmasından sonra bu işlər daha da intensivləşib. Ola bilər ki, bu məqam da təsir edə bilər. Çünki quruculuq işlərində müxtəlif xarici şirkətlər də iştirak edir. Şirkətlər əcnəbi miqranta, əmək ehtiyatına ehtiyac olduğundan, müəyyən dövr ərzində miqrantları ölkəmizə gətirirlər.
Ekspert deyir ki, miqrant axını bir müddətdən sonra azala da bilər. Onun sözlərinə görə, hindistanlı və pakistanlı miqrantlar ölkəmizdə iş icazəsi almağın çətin olduğunu gördükdən sonra onlar özləri bir müddət sonra geri dönəcəklər. Çünki ölkəmizdə hər sahə üzrə artıq əmək bazarında fəaliyyət göstərəcək yerli işçilər var.
Həmsöhbətimiz deyir ki, əmək miqrantlarının sayı əmək kvotası ilə müəyyən olunur. 2021-ci ildə əcnəbi miqrantlar üçün əmək kvotası 7 min civarında olub. Bununla belə ekspert Azərbaycanda müəyyən sahələrdə pakistanlı və hindistanlı miqrantların çalışdığını bildirir: "Bu gün tikinti sektorunda pakistanlı və hindistanlı, ticarət sahəsində pakistanlı, restoran sektorunda isə hindistanlı miqrantlara rast gəlinir".
A.Allahverənov deyir ki, ölkəmizə turist vizası ilə gələn əcnəbilər əmək fəaliyyəti ilə məşğul ola bilməz. Onun sözlərinə görə, qanunvericilik turist vizası ilə gələn turistə iş icazəsi verməyi qadağan edir: "Turist vizası ilə Azərbaycana gələn miqrant ölkəmizdə işləmək istəyirsə, mütləq yenidən öz ölkəsinə qayıdıb Azərbaycana gəlməlidir".
Dövlət Mirqasiya Xidmətindən isə ölkəmizdə hindistanlı və pakistanlı miqrantlara iş icazəsi üçün müraciət edən şirkətlərin artıb-artmadığı barədə sualımıza cavab veriləcəyini söylədilər. Qurumdan bildirdilər ki, hələ ki, ölkəmizdə iş icazəsi üçün ən çox müraciət Türkiyənin payına düşür.