CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlığagötürmə ilə bağlı üç yüzə qədər müraciətə baxılıb

© AP Photo / Teresa CrawfordYeni doğulmuş körpə, arxiv şəkli
Yeni doğulmuş körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.10.2022
Abunə olmaq
Övladlığagötürmə ilə bağlı 291 müraciət daxil olub ki, onlardan 128-nə tələblərə uyğun olmadığı üçün imtina verilib.
BAKI, 19 oktyabr — Sputnik. Cari ilin 9 ayında ölkədə 174 uşaq övladlığa verilib. Sosial Xidmətlər Agentliyindən verilən xəbərə görə, onlardan 90 nəfəri oğlan, 84 nəfəri isə qızdır.
Bu dövr ərzində övladlığagötürmə ilə bağlı 291 müraciət daxil olub ki, onlardan 128-nə tələblərə uyğun olmadığı üçün imtina verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqla, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.
Xəbər lenti
0